İstifadəyə verilən yaşayış evlərinin sahəsi ardıcıl 3 il azaldı
2016-cı ildə Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 milyon 677,1 min kvadratmetr olan yeni yaşayış evləri istifadəyə verilib.
"Marja"nın məlumatına görə, artıq 3-cü ildir ki, ölkəmizdə istifadəyə verilən yaşayış evlərinin sahəsində azalma tendensiyası müşahidə edilir. Belə ki, 2013-cü ildə 2 milyon 403 milyon kvadratmetr, 2014-cü ildə 2 milyon 197 min kvadratmetr, 2015-ci ildə isə 1 milyon 932 min kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdi.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən il istifadəyə verilmiş yeni yaşayış evlərinin ümumi sahəsinin 78,6 min kvadratmetri doğma yurdlarını tərk etmiş məcburi köçkünlər üçün tikilmiş evlərdir.
İl ərzində mənzil tikintisinə sərf olunan vəsaitin həcmi 683,5 milyon təşkil edib. Bunun 47,5 milyon manatı dövlət, 636,0 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların payına düşüb.
Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə şəxsi vəsaitləri hesabına 11,2 min yaşayış evi tikiblər. Evlərin əksəriyyəti Naxçıvan Muxtar Respublikasında, Bakıda, Lənkəran, Abşeron, Şəmkir, Tovuz, Kürdəmir, Cəlilabad və Qəbələ rayonlarında inşa olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
17 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 25 d. əvvəl
-
35 d. əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


























.jpg)




