Avtomobillərin dövlət qeydiyyatına alınmasına görə YENİ RÜSUMLAR TƏSDİQ EDİLDİ

Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilb.
“Marja”nın məlumatına görə, qərar, 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edir
Qərarda deyilir ki,minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir.
Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:
Sıra №-si | Minik avtomobilinin mühərrikinin həcmi | Dövlət rüsumunun məbləği |
2.1.1. | 2000 kubsantimetrədək | mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat |
2.1.2 | 3000 kubsantimetrədək | 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat |
2.1.3 | 4000 kubsantimetrədək | 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat |
2.1.4 | 5000 kubsantimetrədək | 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat |
2.1.5. | 5000 kubsantimetrdən çox olduqda | 1500 manat |
Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;
2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;
2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
23 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
