TANAP-ın ümumi dəyəri açıqlanıb
Trans-Anadolu Boru Xətti Kəməri (TANAP) layihəsinin dəyəri açıqlanıb. Türkiyənin BOTAŞ şirkətinin baş direktoru Burhan Özcanın sözlərinə görə, TANAP-ın ümumi dəyəri 8,5 mlrd. dollar təşkil edəcək.
Ümumi uzunluğu 1 850 km olan TANAP qaz kəməri "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından hasil edilən Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə qədər nəqli üçün nəzərdə tutulub.
17 mart 2015-ci il tarixində Türkiyənin Qars vilayətində TANAP qaz kəmərinin təməlqoyma mərasimi keçirilib. Qaz kəmərinin ötürmə qabiliyyətinin ən azı 16 mlrd. kubmetr təşkil edəcəyi ehtimal olunur. Bu həcmin 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri Türkiyənin qərb regionlarına göndəriləcək
TANAP layihəsində şirkətlərin iştirak payı aşağıdakı kimidir: SOCAR - 58%, BP - 12%, BOTAS - 30%.
DB TANAP-ın maliyyələşdirilməsi üçün Türkiyəyə 400 mln. dollar ayırıb
Türkiyə hökuməti ilə Dünya Bankı (DB) arasında TANAP layihəsinə 400 mln. dollar məbləğində kreditin ayrılmasına dair razılaşma imzalanıb.
Sənədi DB-nin Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müller və Türkiyənin BOTAŞ şirkətinin baş direktoru Burah Özcan imzalayıblar.
Tədbirdə çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib ki, gələn il TANAP vasitəsilə Türkiyə ilk qazını alacaq.
Xatırladaq ki, ötən ilin dekabr ayının 20-də DB-nin Direktorlar Şurası "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinin reallaşdırılması məqsədilə Azərbaycana 400 mln. dollar həcmində kreditin ayrılmasını təsdiq edib.
Kreditlər üzrə benefisiar qismində "Cənub Qaz Dəhlizi" QSC və BOTAŞ çıxış edirlər.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























