“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 2 dəfəyə yaxın azaldı
“Azərbaycan Sənaye Bankı” ASC 2018-ci ilin birinci yarısını 2 milyon 333 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, 2017-ci ilin birinci yarısını 4 milyon 240 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 45% azalıb.
“Marja” Bankın rüblük hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Azərbaycan Sənaye Bankı”nın faiz gəlirləri 12 milyon 269 min manat, qeyri-faiz gəlirləri 3 milyon 293 min manat təşkil edib. Xərclər çıxıldıqdan sonra Bankın 3 milyon 555 min manat əməliyat mənfəəti yaranıb.
Bank 615 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb, həmçinin, 607 min manat mənfəət vergisi ödəyin.
Ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin birinci yarısında “Azərbaycan Sənaye Bankı”nın faiz və qeyri-faiz gəlirləri azalıb. 2017-ci ilin birinci yarısında “Azərbaycan Sənaye Bankı” ASC -nin faiz gəlirləri 12 milyon 598 min manat, qeyri-faiz gəlirləri 4 milyon 617 min manat, xərclər çıxıldıqdan sonra əməliyyat mənfəəti 5 milyon 434 min manat təşkil etmişdi. Bank ötən ilin birinci yarısında ehtiyatlara 88,56 min manat ayırmış və 1 milyon 103 min manat mənfəət vergisi ödəmişdi.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
30 İyun 2018-ci il tarixində “Azərbaycan Sənaye Bankı” 1 milyard 20 milyon manat cəmi aktivlərə, 926 milyon 271 min manat cəmi öhdəliklərə və 93 milyon 405 min manat cəmi kapitala malik olub.
31 Dekabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Bankı” 945 milyon 189 min manat cəmi aktivlərə, 854 milyon 830 min manat cəmi öhdəliklərə və 90 milyon 358 min manat cəmi kapitala malik idi.
Ötən ilin sonunda müştərilərə verilmiş kreditlər 298 milyon 829 minmanat ikən, İyunun sonunda 268 milyon 170 min manat təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
28 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
30 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
47 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub






















