Nağdsız ödənişləri dəstəkləyəcək layihə başlayır
Dünya Bankı Qrupu Azərbaycanda nağdsız ödənişləri dəstəkləyəcək layihəyə Naxçıvan Muxtar Respublikasından başlayacaq
Bu həftə bağlanmış müqaviləyə əsasən, Dünya Bankı Qrupu Naxçıvan Muxtar Respublikasında elektron ödənişlərin istifadəsini daha da genişləndirməyə və ölkədə ilk nağdsız zonası yaratmağa kömək edəcək. Qrupdan “Marja”ya daxil olmuş mə\lumata görə, görüləcək işlər kənd yerlərində əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarını daha da əlçatan etmək məqsədini əsas götürüb.
Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən icra olunan “Elektron və Rəqəmsal Maliyyə Xidmətləri” Layihəsi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə nağdsız ödənişlər üzrə müvafiq tənzimləyici normaları işləyəcəkdir. Layihə, Naxçıvanda mobil ödənişlər üçün şərait yaratmaq məqsədilə, məlumat emalı mərkəzlərini və mobil operatorları cəlb edərək, nağdsız ödənişlər sahəsində Azərbaycanı regionun lider ölkəsinə çevirmək məqsədini daşıyır. Layihə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.
Həyata keçiriləcək layihə ilə yaradılacaq yeni Nağdsız ödəniş infrastrukturu vətəndaşlara mobil telefonlardan istifadə edərək maliyyə əməliyyatları, o cümlədən faktura ödənişlərini və pul köçürmələrini həyata keçirməyə imkan verəcək. Belə imkanların mövcud olması qloballaşan dünya ilə ayaqlaşmaq üçün xüsusilə önəmlidir, çünki hazırda ölkədə, Dünya Bankının məlumatına əsasən, yetkinlik yaşına çatmış əhalinin yalnız 29%-inin maliyyə müəssisində hesabı vardır; bu göstərici regionda orta hesabla 50% təşkil edir.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov qeyd etdi ki: “Nağdsız ödənişlər sahəsi muxtar respublika rəhbərinin daim diqqətində olan sahələr sırasında olmuş, illər ərzində həyata keçirilən layihələrlə burada münbit bir mühit formalaşdırılmışdır. Təsadüfi deyil ki, ölkədə elektron ödənişlər üzrə yeni və təkmil mərhələ məhz Naxçıvan Muxtar Respublikasından başlanılır. Biz də bu təşəbbüs çərçivəsində IFC ilə əməkdaşlıq edirik. Hazırkı Layihə, ölkədə nağdsız və rəqəmsal ödənişləri gücləndirmək üzrə geniş səylərin bir hissəsi olaraq, nəinki maliyyə sektorunun inkişafını dəstəkləyəcək, həmçinin əhalinin rahatlığının və elektron ödəniş sistemlərinə çıxışının təmin olunmasına öz tövhəsini verəcəkdir.”
IFC-nin Avropa və Mərkəzi Asiya üzrə Baş Meneceri Jesper Kjaer /Yesper Kyaer/ də öz növbəsində qeyd etdi ki: “Məqsədimiz maliyyə xidmətlərini Azərbaycanın hər bir bölgəsində yaşayan insanlar üçün əlçatan etməkdir. Birgə səylərimiz Naxçıvan sakinlərinə ödənişləri daha rahat həyata keçirməyə imkan yaradacaq və nəticədə maliyyə xidmətlərinə çıxışı asanlaşdıracaqdır. Həyata keçiriləcək layihəyə yerli hökümətin dəstəyi bu sahədə işlərin keyfiyyətlə və vaxtında icra olunacağına böyük ümidlər yaradır.”
Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycana 473 milyon ABŞ dolları (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində yatırımlar edib. Bu vəsaitlər maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrdə icra edilmiş 56 uzun-müddətli layihəni maliyyələşdirmişdir. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhət xidmətləri layihələri icra edib.
Dünya Bankı Qrupu haqqında
Dünya Bankı Qrupu inkişaf edən ölkələr üçün dünyada mövcud olan ən böyük maliyyə və bilik mənbələrindən biridir. Qrupa bir-biri ilə sıx əlaqədə olan aşağıdakı beş təsisat daxildir: birlikdə Dünya Bankını təşkil edən Beynəlxalq İnkişaf və Yenidənqurma Bankı (IBRD) və Beynəlxalq İnkişaf Assosiasiyası (IDA); Beynəlxalq Maliyyə Korporasiyası (IFC); İnvestisiyalara Çoxtərəfli Zəmanət Agentliyi (MIGA); İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (ICSID).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
-
- 10 d. əvvəl
- 12 d. əvvəl
-
26 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
28 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
46 d. əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub





















