Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Telman İsmayılovun otelinə müştəri çıxıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Telman İsmayılovun otelinə müştəri çıxıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Antalyanın Kundu turizm bölgəsində 2009-cu ildə əslən azərbaycanlı olan rusiyalı iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollar xərclənərək istifadəyə verilən, ancaq sonradan borcları səbəbindən "Xalq Bankası"na təhvil verilən "Mardan Palace Hotel"ə müştəri çıxıb. Türkiyə və xaricdə 9 oteli olan "Titanic Hotels" hərəkətə keçib. 

 

Reklam_3_11

"Marja" Türkiyə mətbuatına istinadən xəbər veri ki, "Titanic Hotels"in İdarə Heyətinin sədri Mehmet Aygünün otelin borc vəziyyəti və ödəmə planı ilə bağlı "Xalq Bankası" rəsmiləri və  iş adamı İsmayılov ilə xüsusi bir görüş keçirib. Görüşün müsbət keçdiyi bildirilir.
 
 
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Məsələ ilə bağlı açıqlama verən "Titanic Hotel"in İdarə Heyətinin sədri Aygün, hazırda ikitərəfli görüşlər keçirdiklərini bildirərək, "Belə bir kompleksin bağlı qalmasına "içimiz cız" edir. Belə bir otelin bağlı qalmaması üçün "Titanic" olaraq görüşlər keçiririk. Ən qısa zamanda da bunu başa çatdıracağıq" deyib.
 
 

ADI DƏYİŞMƏYƏCƏK
 

Danışıqların müsbət yekunlaşması halında otelin aktiv hala gəlməsi üçün işə başlayacaqlarını qeyd edən Aygün, ad məsələsində bir dəyişikliyə getməyəcəklərini dilə gətirib. Aygün, "Bu günə qədər reklam edilmiş  "Mardan Palace"ın adını dəyişdirmək olmaz. Ancaq "Mardan Palace Titanic Group" şəklində ola bilər. Zərər edən oteli pul qazandıracaq hala gətirməyə çalışacağıq. Hamımıza xeyirli olsun" deyib.

11.07.2018 10:07
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18