Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub.

 

Reklam_3_11

Məlumata görə, Vergi auditi departamentinə Camal Qasımov, Vergi ödəyicilərinə xidmət departamentinə Elçin Məmmədov, Dövlət qeydiyyatı və uçota nəzarət departamentinə Ələkbər Məmmədov baş direktor təyin edilib.

 

Kadr islahatlarının Vergilər Nazirliyinin yeni strukturunun fəaliyyətə başlaması ilə əlaqədar olduğu bildirilir.

 

Məlumatına görə, kadr dəyişikliyilə 14 nəfər Vergilər Nazirliyindəki mühüm vəzifələrdən azad edilib. 

 

Qeyd edək ki, Vergilər Nazirliyinin yeni strukturu iyulun 1-dən fəaliyyətə başlayıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli iqtisadiyyatın şəffaflığının artırılması istiqamətində qarşıya qoyduğu vəzifələrin icrası, Vergilər Nazirliyində funksional idarəetmənin səmərəliliyinin artırılması, vergi ödəmələri və vergi orqanlarının fəaliyyəti üzərində nəzarətin gücləndirilməsi, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə nazirliyin strukturunda dəyişikliklər həyata keçirilib.

 

Vergilər Nazirliyinin aparatının yeni strukturunda nazirliyin Aparatı, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması departamenti (Katiblik), Vergi auditi, İqtisadi təhlil və ekspertiza, Vergi siyasəti, Vergi öhdəliklərinin icrasına nəzarət, Vergi ödəyicilərinə xidmət, Dövlət qeydiyyatı və uçota nəzarət, İkitərəfli və çoxtərəfli sazişlərin icrasına nəzarət, Hüquq, Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi, Rəqəmsal vergi inzibatçılığı, İnsan resursları, Maliyyə, Daxili təhlükəsizlik departamentləri, habelə Media və Kommunikasiya Mərkəzi fəaliyyət göstərəcək. 

 

Vergilər nazirinin əmri ilə nazirliyin struktur vahidlərinin funksional fəaliyyəti və vəzifələrinin bölgüsündə də dəyişikliklər edilib.

 

 AŞAĞI FAİZLƏ 1 GÜNƏ KREDİT VERİLİR

 

© APA

04.07.2018 08:30

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18