"Renessans Palace" bina təhvil verdi
(®) “AS Qrup İnvestment” şirkətinə aid premium yaşayış kompleksi “Renessans Palace” növbəti binasını təmirə təhvil verdi. Sayca ikinci korpusda yerləşən mənzillərin açarları sahiblərinə təqdim olundu.
Açarların təqdimatı üçün “Renessans Palace” yaşayış kompleksində rəsmi və bədii hissədən ibarət xüsusi tədbir keçirildi. Təqdimatda çıxış edən “AS Qrup İnvestment” nümayəndələri təmir üçün yaradılan şəraitdən və mənzil sahiblərinin təmir zamanı əməl etməli olduqları şərtlər barədə informasiya verdilər. Şirkət nümayəndələri ilə görüşən sakinlər öz suallarını ünvanlayıb onları maraqlandıran məsələlər barədə ətraflı məlumat aldılar.
“AS Qrup İnvestment” şirkətindən bildirildi ki, payızadək kompleksin bütün korpusları təmirə təhvil veriləcək və daha sonra binalarda yaşayış təmin olunacaq.
1084 MƏNZİLDƏN İBARƏTDİR
İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı liftlər quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq – 3.35 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı pəncərələr olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,5 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur





















