“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı
Yeni aylıq paketlər gənc istifadəçilərə qiqabaytlarla internet və sosial şəbəkələrdən limitsiz istifadə imkanı verir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell xüsusi olaraq gənc abunəçilər üçün yaradılmış tam yeni “DaimOnline” tariflərini təqdim edib.
Gənclər bir-biri ilə ünsiyyətdə olarkən daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verirlər. Bunu nəzərə alaraq, Bakcell şirkəti yeni “DaimOnline” paketlərini təklif edir. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlanacaqlar.
“DaimOnline 6” tarifi çərçivəsində ayda sadəcə 6 AZN müqabilində 2 Gb İnternet trafiki və 50 şəbəkədaxili dəqiqə təqdim edilir. Bu tarifin əsas özəlliyi ondan ibarətdir ki, abunəçilər tamamilə limitsiz olaraq “WhatsApp”dan istifadə edəcəklər. Limitsiz “WhatsApp”a təkcə mətn deyil, hətta zənglər, şəkillərin, videoların və səs yazılarının göndərilməsi və yüklənməsi da daxildir.
Sosial şəbəkələrdən daha çox istifadə edən gənclər isə “DaimOnline 10” və “DaimOnline 20” tariflərinə üstünlük verəcəklər. Belə ki, qeyd olunan tariflərdə “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi tam olaraq limitsizdir! Bu tariflərin istifadəçiləri internet trafikin həcmini fikirləşmədən şəkilləri və videoları paylaşmaq, izləmək və həmin sosial şəbəkələrin bütün digər funksiyalardan istədikləri qədər istifadə edə bilərlər. Bundan əlavə “DaimOnline 10” (aylıq abunə haqqı 10 AZN) abunəçiləri ayda 5 Gb İnternet və 200 şəbəkədaxili dəqiqə, “DaimOnline 20” (aylıq abunə haqqı 20 AZN) abunəçiləri isə ayda 20 Gb internet və 400 şəbəkədaxili dəqiqə qazanırlar.
Azərbaycanın telekommunikasiya bazarında ən innovativ mobil operator olaraq, Bakcell bütün müştəri seqmetlərinin ehtiyac və tələblərini öyrənmək üçün daim bazar araşdırmaları həyata keçirir. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc müştəriləri istədikləri qədər çeviklik və limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daima onlayn olacaqlar.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək.
Bakcell şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
13 saat sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
4 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
4 saat əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl 8-ci dəfə aşağı saldı
Yelo Bank, Avropa İttifaqının 20-ci sanksiya paketində Yelo Bank-ın adının yer almasına aydınlıq gətirib
"AzRe Təkrarsığorta"nın rəhbərliyinə yeni təyinat




.jpg)
.jpg)








.jpg)







