Nazir müşavirə keçirdi
Sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə dair müşavirə keçirilib
Sahil Babayev: “Sosial xidmətlər sahəsində beynəlxalq standartlara uyğun yeni modelin tətbiqi və reabilitasiya sistemində səmərəliliyin artırılması istiqamətində ciddi addımlar atılmalıdır”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məsələlərinə dair müşavirə keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının daha bir təzahürü kimi, ötən dövrdə ölkədə sosial xidmət və reabilitasiya müəssisələri şəbəkəsi əhəmiyyətli şəkildə genişləndirilib, bölgələrdə əlilliyi olan insanlar üçün yeni reabilitasiya mərkəzləri, habelə son illər Bakıda müəyyən yaşayış yeri olmayan şəxslər və baxımsız, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün sosial müəssisələr yaradılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüslərinin nəticəsi olaraq, Abşeron rayonunda iki yaşayış evi inşa olunaraq, 243 mənzil dövlət uşaq müəssisələrinin məzunlarına təqdim olunub. “Məzun evi” Sosial Müəssisəsi kimi fəaliyyət göstərən həmin müəssisədə bu təbəqədən olan gənclər üçün daha bir yaşayış binasının inşası da yekunlaşır. Eləcə də Fondun dəstəyi ilə son illərdə Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb.
Nazir qeyd edib ki, hazırda sosial xidmət müəssisələrində 1300-dək şəxs, o cümlədən 290 nəfər sağlamlıq imkanları məhdud uşaq dövlət təminatında yaşayır. Bu müəssisələr müvafiq kateqoriyalardan olan şəxslərə stasionar şəraitdə sosial xidmətlərin göstərillməsi üçün nəzərdə tutulub. Göstərilən xidmətlər yeni, müasir, reabilitasiya məqsədli yanaşmalar əsasında təkmilləşməli, xidmət göstərilən şəxslərin yaşayış tərzində, həyatında müsbət dönüşə, pozitiv keyfiyyət dəyişikliyinə, fəal həyata dönüşünə zəmanət verə bilən istiqamətdə qurulmalıdır. Onlardan əmək qabiliyyətli şəxslərin məşğulluğuna, o cümlədən özünüməşğulluğuna yönəlik tədbirlər də görülməlidir. Ümumilikdə, sosial xidmətlərin keyfiyyəti artırılmalı, bu sahədə şəffaflıq tam təmin edilməli, beynəlxalq standartlara uyğun yeni sosial xidmət modelinin tətbiqi yönündə ciddi addımlar atılmalıdır. Sosial işçi personalının bilik və bacarıq səviyyələri artırılmalı, onların fəaliyyəti ilə bağlı təkmil monitorinq-qiymətləndirmə sistemi formalaşdırılmalıdır.
S.Babayev vurğulayıb ki, dövlət başçısının tapşırığı əsasında son illərdə reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması üçün mühüm işlər görülür. Artıq nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində yüksək standartlara uyğun reabilitasiya şəraiti mövcuddur. Mərdəkan Müalicə Pansionatında da əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşır və burada da müasir bərpa-müalicə şəraiti yaradılır. Digər bərpa müəssisələrində də bu istiqamətdə işlər davam etdirilir. Təkcə bu ilin 5 ayında nazirliyin bərpa mərkəzlərində 9000-dən çox şəxsə stasionar və ambulator şəkildə reabilitasiya xidmətləri göstərilib. Lakin qeyd olunanlarla yanaşı, əlilliyi olan şəxslər arasında reabilitasiya səviyyəsi xeyli aşağı səviyyədədir. Ona görə də bərpa mərkəzlərinin fəaliyyətinin səmərəliliyi əlilliyi olan şəxslərin sağlamlığının bərpasında əldə etdikləri nəticələrlə, reabilitasiya səviyyəsinin artması ilə ölçülməlidir. Bu prinsp əsasında qiymətləndirmə mexanizmi tətbiq edilməlidir. Reabilitasiya sistemi tibbi yanaşma ilə bərabər, eyni zamanda, sosial yönümlü olmalı, müvafiq şəxslərin cəmiyyətə fəal inteqrasiyasında da öz rolunu oynamalıdır.
Nazir reabilitasiya müəssisələrində tətbiq olunan bərpa müalicəsi prosedurlarının təkmilləşdirilməsinin, həkim-reabilitoloqların peşəkarlığının artırılmasının, ümumilikdə bu müəssisələrin konkret səmərəli nəticələrə yönələn fəaliyyət mexanizminin qurulmasının vacibliyini qeyd edib.
S.Babayev diqqətə çatdırıb ki, həm sosial, həm də reabilitasiya xidmətləri sahəsində işlərin əsas məqsədi həmin insanların həyata dönüşünə, onların cəmiyyətə qazandırılmasına nail olmaqdır. Ona görə də bu müəssisələrdə hər bir şəxslə bağlı fərdi reabilitasiya planı hazırlanmaqla iş aparılmalıdır. Eyni zamanda, xidmət göstərilən insanlar özlərini daim qayğı mühitində hiss etməlidirlər, onlara mehriban münasibət göstərilməlidir, etik davranış qaydalarına ciddi riayət olunmalıdır.
Müşavirədə sosial xidmət və reabilitasiya müəssisələrinin fəaliyyəti ətraflı müzakirə olunub, bu sahələrdə göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün strateji yanaşmaları əks etdirən təkliflər əsasında tədbirlər proqramının hazırlanması qərara alınıb, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
-
14 saat əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
17 saat əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
17 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
17 saat əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 18 saat əvvəl
-
18 saat əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 18 saat əvvəl
-
19 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
19 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fürsətləri Baku Electronics-lə bayrama çevirmək vaxtıdır!
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
İki dövlət agentliyi birləşdirilir - FƏRMAN
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Ən çox oxunanlar
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX

















