TANAP-ın rəsmi açılış mərasimi keçirildi
Türkiyənin Əskişəhər şəhərində Trans-Anadolu Boru Qaz Kəmərinin (TANAP) açılışı mərasimi keçirilib.
Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın baş naziri Boyko Borisov, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak ediblər.
Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən TANAP-ın çəkilməsi ilə bağlı müqavilə 2012-ci ildə imzalanıb. Qaz boru kəmərinin təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulub.
Qeyd edək ki, ilkin mərhələdə TANAP-la Türkiyəyə ildə 2 milyard kubmetr qaz nəql olunacaq. Daha sonrakı üç il ərzində bu həcm 6 milyard kubmetrə çatdırılacaq.
BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT
Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.
TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.
"Biz 21-ci əsrin enerji tarixini yazırıq"
“Qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik". Bunu Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimində söyləyib.
Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir: “Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”.
İlham Əliyev, “Bizim təşəbbüsümüzlə irəli sürüdən istənilən layihə həyatda əksini tapır. Çünki bunun arxasında güclü siyasi iradə, bizim qardaşlığımız dayanır. Türkiyə- Azərbaycan qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qalardı. Onu da qeyd edim ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayənin miqdarı yaxın vaxtda 20 milyard dollara çatacaq" deyib.
Dövlət başçısı deyib ki, Azərbaycan qazının Avropaya ötürülməsi ilə bağlı son illər bir çox danışıqlar aparılıb, layihələr irəli sürülüb: “Ancaq bunlar reallaşmayıb. Ona görə də Türkiyə və Azərbaycan qərara gəldi ki, birgə TANAP layihəsini həyata keçirsin. 2011-ci ildə bununla bağlı Türkiyədə saziş imzaladıq. TANAP mürəkkəb layihədir, biz bunu birgə icra etdik. TANAP 7 ölkəni birləşdirir, Cənub Qaz Dəhlizinin tərkibinin bir hissəsidir.
Cənub Qaz Dəhlizi 4 elementdən ibarətdir. Bura Şahdəniz-2, Cənub Qaz Dəhlizi, TANAP və TAP daxildir. TAP-ın 72 faizi icra olunub. Əminəm ki, bu layihə də yaxında tam icra olunacaq. Dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi Azərbaycan qazının qısa yolla və şaxələndirilmiş formada çatdırılmasını təmin edəcək.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu layihə vasitəsi ilə Azərbaycan qazı Türkiyə və Avropaya çatdırılacaq.
Cənub Qaz Dəhlizi yeni qaz mənbəyidir və enerji şaxələndlirilməsinə xidmət göstərir.
SOCAR və BOTAŞ TANAP-ın səhmdarlarıdır.
Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq formatıdır.
Gələcəkdə 3 ölkə də tərəfdaşlarımız kimi layihədə iştirak edəcək. Biz Azərbaycan qazının Avropaya çatdırılması istiqmətində daha böyük işlər görməyə çalışmalıyıq”.
“TANAP Türkiyə və Azərbaycanın birgə təşəbbüsünün nəticəsidir”.
Bunu Türkiyənin enerji naziri Berat Albayrak Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində deyib.
B. Albayrak bildirib ki, bu gün əsrin ən böyük layihələrindən birinin açılışıdır: “Bu, həm də iki ölkənin qardaşlıq layihəsidir. Enerjinin İpək Yolu bir çox ölkələrin enerji təhlükəsizliyinə böyük töhfə verəcək, Türkiyənin enerji təhlükəsizliyində rolunu artıracaq. Bu, Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunu artıracaq, tədarükçü ölkə kimi Azərbaycanın rolunu artıracaq. Bu, dünyada sabitliyə və inkişafa xidmət edən nadir layihələrdən biridir”.
Türkiyənin enerji naziri qeyd edib ki, Türkiyə bölgədəki münaqişələrin həllini tapması üçün səy göstərir: “Türkiyə hər zaman etibarlı tərəfdaş olub. Bu layihədə böyük rolu olan Azərbaycanın sabiq enerji naziri Natiq Əliyevi də yad edirik. Türkiyə və Azərbaycan prezidenti başda olmaqla, layihədə rolu olan hər kəsə təşəkkür edirəm”.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 16 d. əvvəl
-
-
40 d. əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
57 d. əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İqtisadiyyat İnstitutunun əməkdaşları Quba rayonunda müəllim və şagirdlərlə görüşüblər
-
1 saat əvvəl
PAŞA Bank növbəti “Bazar trendləri və hedcinq məhsulları” tədbirini keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
İyunun 13-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Süni intellekt əsaslı çağrı mərkəzlərinin rəqəmsal transformasiyada rolu - MÜSAHİBƏ
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 1 GÜN
Nazir müavini: "2030-cu ilə qədər mal əti istehsalının 20 %-dən çox artırılması hədəflənir"
"Bəzi sahələrə ayrılan subsidiyalar səmərəsizdir"























