"2018-də Azərbaycanda bank kreditləşməsində artım olacağını gözləyirik"
“Moody`s” beynəlxalq reytinq agentliyi2018-ci ildə Azərbaycanda əməliyyat mühitinin yaxşılaşması və ölkədə iqtisadi artımın bərpası hesabına kreditlərə tələbatın artacağını gözləyir.
“Bütövlükdə deyə bilərəm ki, əməliyyat mühiti yaxşılaşıb, iqtisadiyyat artıma qayıdır. Müvafiq olaraq biz kreditlərə tələbatın artacağını gözləyirik. Pərakəndə seqmentdə artıq artım müşahidə olunur. Görünür, sonra kiçik və orta biznesdə eyni artım olacaq”, - “Moody`s”in maliyyə institutları üzrə analitiki Pyotr Paklin bu gün Bakıda agentliyin Azərbaycan üzrə illik sammitində bildirib.
Analitikin sözlərinə görə, “Moody`s” Azərbaycanda bankların fondlaşması strukturunda ciddi dəyişikliklərin baş verəcəyini gözləmir. “Bu gün fondlaşma strukturunun 70%-ni müştəri hesabları təşkil edir, onların 70%-dən çoxu xarici valyutadadır. Lakin son zamanlar depozitlərin manata konvertasiyası müşahidə olunur. Bu, müştərilərin kifayət dərəcədə sabit məzənnə kursu (manat-dollar) izləməsi və manatla olan depozitlərin, dollarla olan depozitlərdən daha cəlbedici olması ilə əlaqədardır. Düşünürük ki, fondlaşma strukturu dəyişməyəcək və yerli banklardan xarici valyuatada daha artıq həcmdə cəlb olunmalar gözləmirirk”, - P.Paklin əlavə edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə manatın devalvasiyasından sonra 2016-2017-ci illərdə ktreditləşmə həcminin azalması müşahidə olunub. Xüsusilə, 2016-2017-ci illərdə bankların və BOKT-ların kredit portfeli 2018-ci ilin əvvəlinə 21,1 mlrd. manatdan 11,3 mlrd. manatadək azalıb. 2018-ci ilin birinci rübündə bankların və BOKT-ların kredit qouluşları 0,8% azalıb. Eyni zamanda, birinci rübdə pərakəndə kreditləşmənin həcmi 0,6% artıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























