Mikromaliyyə sektorunda 5 milyon manata yaxın mənfəət!
“Aqrarkredit” QSC istisna olmaqla 2017-ci ilin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən 46 bank olmayan kredit təşkilatının (BOKT) və 76 kredit ittifaqının cəmi aktivləri bu il yanvarın 1-nə 364,629 mln. manat təşkil edib.
Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 9,3% azdır.
Mikromaliyyə sektorunun aktivlərinin 266,337 mln. manatını və yaxud 73%-ni müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Ötən il sektorun kredit portfeli 11,6% kiçilib.
2017-ci ildə BOKT-ların və kredit ittifaqlarının cəmi öhdəlikləri 17,9% azalaraq 260,812 mln. manata düşüb, cəmi kapitalı isə 23,35% artaraq 103,817 mln. manata çatıb. O cümlədən ötən il sektorun nizamnamə kapitalı 41,1% artırılaraq 109,702 mln. manata çatdırılıb.
Ötən il mikromaliyyə sektorunun faiz gəlirləri 61,7 mln. manat (əvvəlki ilə nisbətən 32,4% az), faiz xərcləri 22,5 mln. manat (20,1% çox), qeyri-faiz gəlirləri 42,809 mln. manat (11% çox) təşkil edib. Son nəticədə sektorun xalis əməliyyat mənfəəti 26,709 mln. manat olub ki, bu da illik müqayisədə 13,8% azdır.
2017-ci ildə BOKT-lar və kredit ittifaqları aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2016-cı ilə nisbətən 83,2% az – 13,602 mln. manat ayırıb, 70,1% çox – 8,107 mln. manat mənfəət vergisi ödəyib. Bununla da, mikromaliyyə qurumları ötən ili 4,57 mln. manat xalis mənfəətlə başa vurub. Halbuki sektor 2016-cı ildən 55,407 mln. manat xalis zərərlə çıxmışdı.
Bank olmayan kredit təşkilatları və kredit ittifaqları barədə MƏLUMAT* | ||||||
min manatla |
| |||||
| 2017 | 2016 |
| |||
Balans | Məbləğ | Məbləğ |
| |||
Cəmi aktivlər | 364 629 | 401 987 |
| |||
Xalis kreditlər | 266 337 | 301 331 |
| |||
Cəmi öhdəliklər | 260 812 | 317 822 |
| |||
Cəmi kapital | 103 817 | 84 165 |
| |||
Nizamnamə kapitalı | 109 702 | 77 737 |
| |||
| ||||||
|
| |||||
Mənfəət və zərər | Məbləğ | Məbləğ |
| |||
Faiz gəlirləri | 61 700 | 91 292 |
| |||
Faiz xərcləri | 22 500 | 18 732 |
| |||
Qeyri-faiz gəlirləri | 42 809 | 38 562 |
| |||
Qeyri-faiz xərcləri | 55 300 | 80 152 |
| |||
Əməliyyat mənfəəti / zərəri | 26 709 | 30 969 |
| |||
Xüsusi ehtiyatlara ayırmalar | 13 600 | 80 817 |
| |||
Vergiyəqədərki mənfəət / zərər | 12 677 | -50 642 |
| |||
Mənfəət vergisi ödəmələri | 8 107 | 4 765 |
| |||
Xalis mənfəət / zərər | 4 570 | -55 407 |
| |||
| ||||||
* "Aqrarkredit" BOKT istisna olmaqla |
| |||||
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 12 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
13 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
14 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
14 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
15 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" "Marsol Expo 2026"da bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası






















