"Banklar maliyyə texnologiyalarına 300 milyon manat pul yatırıb"
"Azərbaycan Banklar Assosiasiyasının (ABA) təqribi hesablamalarına görə, ötən 5 il ərzində Azərbaycanın bank sektorunda maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manatdan artıq vəsait xərclənib.
Bu xərclərin təqribən yarısı (48,9%-i) yeni proqram təminatlarının və lisenziyaların alınmasına, 16,4%-i proqram təminatının saxlanılmasına, 16%-i rabitəyə, 15,3%-i server və şəbəkə avadanlıqlarına yönəldilib".
Bunu ABA-nın sədri Zakir Nuriyev deyib.
"Dünyanın bütün ölkələrində blokçeyn texnologiyalarının zəruri olduğu vurğulanır, lakin kripvalyutalara münasibət birmənalı deyi. Çünki, kripvalyutalar heç bir dövlətə məxsus deyil, buna görə də onun hüquqi nəzarət mexanizmləri mövcud deyil. Kriptovalyuta istifadəçilər üçün rahatdır, lakin dövlətlər üçün problemdir. Bu əməliyyatlardan xidmət haqları tutmaq, bu növ hesabları bloklaşdrmaq və nəzarətə almaq mümkün deyil. Bu gün kripvalyuta bazarı inkişafdadır. O, olduqca sürətlə dəyər qazanmaqla bazar payını artırmaqda davam edir. Lakin gələcəkdə vəziyyətin necə olacağı haqqında fikir söyləmək çox çətindir. Bu gün respublikada kripvalyutalar və onlarla həyata keçirilən əməliyyatlar mövcuddur və bu bir reallıqdır. Biz bu faktı inkar edə bilmərik", - deyə o, qeyd edib.
Bundan başqa, Z.Nuriyevin sözlərinə görə, bugünki forum məhz maliyyə texnologiyalarında yeni trendlərin peşəkar analizi, mövcud şəraitdə kommersiya banklarına yeni dövr üçün maliyyə texnologiyalarının inkişafında, investisiyalar və informasiya texnologiyaları təhlükəsizliyi üzrə strategiyalarını müəyyənləşdirməkdə dəstək olmaq, dövlət qurumlarının nümayəndələri, müstəqil yerli və beynəlxalq ekspertlərlə birgə aktual məsələləri müzakirə etmək, beynəlxalq təcrübəyə nəzər salmaq və yeni çağırışlara cavab axtarışı məqsədi daşıyır.
"Ümidvaram ki, bu gün aparılacaq səmərəli müzakirə və fikir mübadilələri bank sektorunda maliyyə texnologiyalarının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli töhfə olacaq", - deyə ABA sədri əlavə edib.
ASAN HESAB AÇ, VALYUTA ALIB-SATMAQLA QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
4 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım























