“Gənc alimlər və maliyyə savadlılığı” adlı müsabiqə
Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu “Gənc alimlər və maliyyə savadlılığı” birgə mükafat müsabiqəsinə “2 Fevral – Gənclər Günü”ndə start verilir.
Müsabiqənin məqsədi
-Azərbaycanda iqtisadi və maliyyə savadlılığının artması,
-maliyyə savadlılığının ictimai dəyər kimi tanınması və insanların davranışlarında müvafiq dəyişiklik yaratmasına yönəlmiş, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin və aprobasiyasının qiymətləndirilməsi, mükafatlandırılması və onların fəaliyyətinin stimullaşdırılmasıdır.
Məqalələr aşağıdakı prioritet mövzular üzrə olmalıdır:
-Maliyyə savadlılığı və onun effektiv tədrisi yolları;
-Gənclərin maliyyə maarifləndirilməsi üçün model və yanaşmalar;
-Maliyyə maarifləndirilməsinin insanların maliyyə davranışlarına təsiri.
Müsabiqə sənədlər 12 fevral 2017-ci il tarixindən başlayaraq qəbul olunacaq. Sənədlərin son qəbul günü 25 aprel 2017-ci il saat 17.00-dır. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Azərbaycan Respublikası Mərkəzi Bankının (www.cbar.az) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (www.sdf.gov.az) rəsmi İnternet səhifələrində yerləşdiriləcək.
Maliyyə savadlılığı sahəsində dərc olunmuş və qalib olaraq seçilmiş ən yaxşı məqalələrin üç nominasiya üzrə diplom və pulla mükafatlandırılması nəzərdə tutulmuşdur. Nəticələr 2017-ci ilin may ayının ilk 10-günlüyündə açıqlanacaq, xüsusi təqdimat mərasimində qaliblərə mükafatlar təqdim ediləcəkdir.
Müsabiqənin keçirilməsi haqqında ətarflı məlumat Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (www.sdf.gov.az) rəsmi İnternet səhifəsindən əldə oluna bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 34 d. əvvəl
-
- 40 d. əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
2 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
3 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
3 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb





.jpg)







.jpg)









