Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırdı
AYİB cari ildə Azərbaycan ÜDM-nin artımı üzrə proqnozlarını 2-dən 2,5 faizədək artırıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 2,5% artacağını proqnozlaşdırır. Bu barədə bankın may ayına olan regional iqtisadiyyata dair icmalında (Regional Economic Prospects) deyilir.
AYİB ötən ilin noyabr ayında Azərbaycanda ÜDM artımını 2% səviyyəsində proqnozlaşdırmışdı.
AYİB-in qiymətləndirmələrinə görə, 2019-cu ildə respublikada ÜDM 3,5% artacaq (noyabr ayı üçün proqnoz 3%).
"I rübdə ÜDM 2,3% artıb ki, bu da qeyri-neft sektorunun 9% artması ilə şərtlənib. 2018-2019-cu illərdə Azərbaycanda ÜDM həm də neft hasilatının sabitləşməsi hesabına tədricən artacaq", - deyə bank qeyd edir.
2018-ci ilin I rübündə orta illik inflyasiya 2017-ci ildə qeydə alınmış 12,9%-dən 4%-dək azalıb.
"Cari ilin I rübünün sonuna Azərbaycanın valyuta ehtiyatları 43,1 mlrd.dollara çatıb ki, bu da 2017-ci ilə olan ÜDM göstəricisinə ekvivalentdir", - deyə məlumatda vurğulanır.
AYİB, həmçinin qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın iqtisadi inkişafı üçün risk yaradır.
2019-cu ildə isə bank artımı 3,5 faiz səviyyəsində proqnozlaşdırır.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


















.jpg)








