“Kapital Bank”ın xalis mənfəəti auditdən sonra artıb
“Kapital Bank” ASC-nin audit olunmuş hesabatına görə, Bank 2017-ci ili 112 milyon 407 min manat xalis mənfəət ilə başa vurub. Bundan əvvəl yerli standartlar əsasında hazıranmış rüblük hesabatda qeyd edimişdi ki, Bank 2017-ci ili 94 milyon 839 min manat xalis mənfəətlə başa vurub. Beləliklə, “Kapital Bank” 2017-ci ili 17 milyon 568 min manat daha çox xalis mənfəətlə bağlayıb.
“Marja” Bankın audit olunmuş hesabatına istinadən xəbər verir ki, illik müqayisədə faiz gəlirləri 32,2% artaraq 285 milyon manatı keçib. “Kapital Bank” 2016-cı ildə 215 milyon 832 min manat faiz gəlirləri əldə etmişdi.
Bankın qeyri-faiz gəlirləri isə 111 milyon 329 min manatdan 115 milyon 550 min manata yüksəlib.
Xərclər çıxıldıqdan sonra Bankın 143 milyon 212 min manat mənfəəti olub. Mənfəətdən 30 milyon 805 min manat mənfəət vergisi ödənilib. Nəticədə Bankın 112 milyon 407 min manat xalis mənfəəti qalıb. Bank 2016-cı ili 86 milyon 965 min manat xalis mənfəət ilə bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
25 d. əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
29 d. əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 5 saat əvvəl
-
5 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
6 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb




























