Xiaomi İPO üçün birjaya müraciət etdi
Çinin ağıllı telefon və internetə bağlı cihaz istehsalçısı "Xiaomi" şirkəti səhmlərinin ilkin kütləvi təklifi (İPO) üçün Honq Konq birjasına müraciəti edib. Təxminən 10 milyard dollar məbləğində İPO, Çinin texnologiya şirkətlərinin son dörd ildə həyata keçirəcəyi ən böyük İPO olacaqdır.
Mövzu haqqında məlumat sahibi mənbələrin Reuters-ə verdiyi məlumata görə, İPO-nun 10 milyard dollar olaraq baş verməsi halında, şirkətin bazar dəyərinin 80 milyard dollar ilə 100 milyard dollar arasında olacağı güman edilir.
Qlobal ağıllı telefon bazarındakı ləngiməyə baxmayaraq Xiaomi-nin satışları Hindistan kimi bazarlara daxil olmasının dəstəyi ilə güclü qalır. Xiaominin satış gəlirləri 2017-ci ildə bir əvvəlki illə müqayisədə 67.5 faiz artımla 18 milyard dollar olub.
İlkin Kütləvi Yerləşdirmə (İPO) əlavə kapitalın cəlb edilməsi məqsədilə şirkətin qiymətli kağızlarının (səhmlərinin) ilk dəfə qeyri-məhdud sayda investora satılması prosesidir. Bu proses yalnız investisiya şirkətləri vasitəsilə fond birjasında həyata keçirilə bilər. İstər böyüməkdə olan gənc şirkətlər, istərsə də böyük və təcrübəli şirkətlər İlkin Kütləvi Yerləşdirmə etməklə əlavə maliyyə resursları cəlb edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı




























