Azərbaycan bu il fındıq ixracını 10% artıracaq
"Azərbaycanın fındıq ixracı üçün əsas hədəfi yenə də İtaliya bazarıdır".
Bunu Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
"Hazırda bütün fabriklərdə fındıq satışına hazırlıq görülür. Satışın sentyabrda başlaması nəzərdə tutulur. Ötən il ən çox İtaliyaya fındıq ixrac etmişik. Bu il də əsas hədəfimiz İtaliyadır", - deyə o, qeyd edib. Assosiasiya sədrinin sözlərinə görə, 2017-ci ildə Azərbaycanın fındıq ixracının həcmi 20 842 ton təşkil edib. 2018-ci ildə bu rəqəm 10% çox olacaq. "Əməkdaşlıq etdiyimi şirkətləri fındıqla təmin edirik. Hazırda digər potensial namizədlərlə danışıqlarımız gedir. Dünya bazarının 70%-ni fındıqla Türkiyə təmin edir. Onlardan sonra biz təklif verə bilirik. Fındıq adətən avqustun 15-dən sonra yığılır. Bizim təxminimizə görə bu il məhsul yaxşı olmalıdır. Sadəcə Gürcüstanda zərəvericilər yayılıb. Onların bizə gəlmək ehtimalı böyükdür. Məsələni diqqətdə saxlayırıq. Bütün həmsərhəd kəndlərdə monitorinqlər keçiririk. Gürcüstan ötən il məhsulunun 60%-ni buna görə itirib", - deyə İ.Orucov əlavə edib.
© report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 9 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)











