Sığortada vahid PR Strategiyası tətbiq edilə bilər
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığorta şirkətlərinin PR menecerləri ilə görüş keçirilib.
Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri ilə yanaşı, sığorta şirkətlərinin Marketinq və İctimaiyyətli Əlaqələr şöbəsinin rəhbər şəxsləri və nümayəndələri və bir sıra tanınmış jurnalistlər iştirak edib.
Görüşün əsas məqsədi sığorta sektorunun düzgün təbliği üçün PR Strategiyasının hazırlanması üzrə müzakirələrin aparılmasından ibarət olub.
ASA-nın sədri qeyd edib ki, sığorta sektorunun işinin effektivliyi yalnız sığorta sahəsinin əməkdaşlarından asılı deyil və buna görə də qeyri-sığorta sahəsində baş verən axsamalar sığorta sahəsinə olan inam və etibarı zədələyir. Hal-hazırda sığorta bazarına qarşı cəmiyyətdə etimadsızlığın səbəblərindən birinin sığorta bazarının istehlakçılara düzgün təqdim edilməməsindən ibarət olduğunu qeyd edib.
Görüş zamanı sığorta bazarının düzgün təbliğinin həyata keçirilməsi üçün bütün sığorta sektorunu əhatə edəcək vahid bir PR Strategiyanın hazırlanmasının zəruriliyi barədə müzakirələr aparılıb.
Görüş iştirakçıları məsələ ilə bağlı fikir mübadiləsi aparıb və görüşün yekunu olaraq şirkətlərin bununla təkliflərinin toplanması, ASA-nın nəzdində sığorta təbliğat qrupunun yaradılması və qrup çərçivəsində təbliğat strategiyasının hazırlanması qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























