“Bank Standard”ın ötən ilin II və III rübləri üzrə ləğv planları təsdiqlənib
Bakı Apellyasiya Məhkəməsi ləğv prosesində olan “Bank Standard” QSC-nin 2017-ci ilin II və III rübləri üzrə ləğv panlarını təsdiqləyib.
Bu barədə Bankın Kreditorlar Komitəsinin bu gün keçirilən növbəti iclasında qurumun sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, təsdiqlənmiş planlar Kreditorlar Komitəsini qane etmədiyindən məhkəmə qərarlarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.
"Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) kreditorlarının "Bank Standard"dakı pulunu götürmək üçün ilk növbədə olması ölkə konstitusiyasına ziddir. Ali Məhkəmənin münasibətini gözləyirik. Əgər eyni mövqe qalsa, Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Banka borcu olan şəxslərin siyahısı yoxdur. Bu barədə də Ali Məhkəməyə şikayət edilib", - deyə o qeyd edib.
Xatırladaq ki, bugünkü iclasın gündəliyinə 2 məsələ - "Bank Standard"ın ləğv planı və Bankın müflisləşməsində təqsirkar şəxslərə qarşı qaldırılan iddialar daxil edilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
2 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
2 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
6 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
7 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb





























