"Bank Silk Vey" yüksək məbləğdə mənfəət açıqladı
"Bank Silk Vey" ASC 2018-ci ilin 1-ci rübünü 11 milyon 679 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin 1-ci rübünü 2 milyon 35 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, "Bank Silk Vey"in xalis mənfəəti 5,7 dəfə artıb.
"Bank Silk Vey" ASC 2017-ci ili 1 milyon 600 min manat xalis mənfəətlə başa vurmuşdu.
"Marja" Bankın maiyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Bank Silk Vey"in cəmi gəlirləri 12% artaraq 11 milyon 984 min manat təşkil edib. Bank 2017-ci ilin 1-ci rübündə 10 milyon 703 min manat cəmi gəlir əldə etmişdi.
İlk rübdə, gəlirlərdən xərclər çıxıldıqdan sonra Bankın 1 milyon 610 min manat əməliyyat mənfəəti qalıb.Lakin Bankın kredit və depozit itkiləri üzrə ötən illər yaratdığı ehtiyatların 10 milyon 19 min manatı gəlirə çevrildiyindən (azad olduğundan) Bankın xalis mənfəəti 11 milyon 679 min manata yüksəlib.
2018-ci ilin 1-ci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə "Bank Silk Vey"in əməliyyat mənfəəti 30% azalaraq 1 milyon 610 min manata düşüb. Bank 2017-ci ilin 1-ci rübündə 2 milyon 303 min manat əməliyyat mənfəəti əldə etmşdi.
31 Mart 2018-ci ildə "Bank Silk Vey"in cəmi aktivləri 492 milyon 872 min manat təşkil edib. Aktivlərin 412 milyon 666 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 29 Dekabr 2017-ci il tarixində "Bank Silk Vey" ASC 480 milyon 382 min manat cəmi aktivlərə, o cümlədən 424 milyon 28 min manat kredit portfelinə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























