Bu gün Avro ilə bağlı kritik qərar və açıqlamalar gözlənilir
Dünya birjalarında aparıcı valyutaların və qızılın dollara nisbətən qiymətlərinin ucuzlaşması dinamikası zəifləsə də, bu gün yenidən güclənə bilər.
Dünya valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir. Belə ki, avro/dollar məzənnəsi 1.21-1.22$, funt/dollar məzənnəsi 1.39-1.40$ aralığında ticarət edilməkdədir. Türkiyə maliyyə bazarlarında isə Dollar/Lirə valyuta cütlüyünün qiyməti 4.08TL-ə təklif edilir.
Aparıcı valyutaların dollara nisbətən məzənnələrində ucuzlaşma dalğasının dinamikası zəifləsə də, iqtisadi göstəricilərin zəif açıqlanması, sözügedən valyutalara olan tələbin daha da azalmasına təsir edir. Təhlillərə əsasən, avro əlavə olaraq 1.2075$, funtun qiyməti isə 1.3742$-a kimi də ucuzlaşa bilər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 15:45-də Avropa Mərkəzi Bankının faiz qərarı və saat 16:30-da mətbuat konfransı baş tutacaqdır. Mətbuat konfransında açıqlanacaq bankın gələcək iqtisadi gözləntilərini investorlar böyük maraqla gözləyirlər və maliyyə bazarlarında böyük dalğalanmalara səbəb ola bilər.
Əlvan metallar bazarlarında da qızılın qiyməti təzyiq altındadır. Artıq 1326$-ın altında ticarət edilən qızılın bir unsiya üzrə qiyməti bu səviyyənin altında qaldıqca, 1302$-a kimi də dəyər itirə bilər.
İŞ SAATINDAN SONRA ƏLAVƏ GƏLİR QAZANA BİLƏRƏM? - ƏTRAFLI
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)
.jpg)






.jpg)








