Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin!
Smilecard- dünyanın istənilən yerində, istənilən növ əməliyyatları bərabər hissələrə bölərək ödəmə imkanı yaradan faizsiz taksit kartıdır. Müştəri kartdan istifadə etdiyi zaman, xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür.
Expressbankın təqdim etdiyi bu unikal taksit kartı bir çox üstünlüklərə malikdir:
-Kart pulsuzdur.
-İllik faiz dərəcəsi 0% təşkil edir.
-Hər yerdə, hətta xaricdə belə keçərlidir!
-Tərəfdaş axtarışına gərək yox, istənilən POS-terminalı mövcud olan satış nöqtəsində ödəniş etmək mümkündür.
-Əlavə vəsait yerləşdirmək imkanı mövcuddur.
-SMS-məlumatlandırma xidməti pulsuzdur.
-Xərclənən məbləğin üzərinə müddətdən asılı olaraq sadəcə 6% və ya 12% komissiya əlavə olunaraq, 6 və ya 12 ay ərzində banka bərabər hissələrlə xırda-xırda ödənilir
Smilecard 3000 AZN-dək arta bilən taksit balansına malikdir. Bu karta sahib olmaq istəyən müştərilər şəxsiyyət vəsiqəsi və gəlirləri təsdiq edən sənəd əsasında Expressbank-ın istənilən filialına yaxınlaşmaqla özündə həm taksit kart, həm "cashback" (xərclənən məbləğin bir hissəsinin geri qayıtması) funksiyalarını birləşdirən Smilecard-ı ala bilərlər. Eyni zamanda filialda gəlmədən, expressbank.az saytında kartı online olaraq sifariş edə bilərsiniz!
“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
9 saat əvvəl
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
-
9 saat əvvəl
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Bank of Baku" "UiPath" ilə proseslərin robotlaşdırılmasına başlayır
-
12 saat əvvəl
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
-
12 saat əvvəl
Azərbaycanın telekommunikasiya şirkətinin kapitalı böyük məbləğdə azaldılıb
-
12 saat əvvəl
Xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
"CEO artıq yalnız menecer deyil, şirkətin əsas kommunikasiya kanalıdır" - MÜSAHİBƏ
-
13 saat əvvəl
İlk 2 ayda pərakəndə ticarət şəbəkəsində satışların məbləği 10 milyard manatı aşıb
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Azercell" şirkəti "Turkcell Azərbaycanın mobil operatoruna satılacaq" iddialarına cavab verdi
Bahar Residence-də “Bakı mədəni kodu: ev, şəhər və insan” mövzusunda intellektual görüş keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda inşa edilə nəhəng yaşayış kompleksində "Rahat Gourmet" açılıb
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Ən çox oxunanlar
"UniCredit"dən "Commerzbank"a 35 milyard avroluq təklif
"Qlobal iqtisadiyyatdakı son proseslər nəzərə alınacaq, yenilənmiş makroiqtisadi proqnozlar təqdim ediləcək"























