Bu sahələrdə məhsul istehsalı sürətlə artır
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin birinci rübündə tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 38,7 faiz artaraq 111,9 milyon manat təşkil etmişdir.
Bu barədə "Marja"ya Dövlət Statistika Komitəsindən bildirilib.
Hörmə üçün hazır beton qarışığının istehsalı 2,6 dəfə, tikinti kərpicinin istehsalı 50,7 faiz, asfaltın istehsalı 41,7 faiz, sementin istehsalı 25,8 faiz artmışdır.
Məhsul növləri | 2018-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.04.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Sement, min ton | 579,7 | 125,8 | 84,2 |
Şüşə lifindən iplik, ton | 81,0 | 59,5 | - |
Tikinti gipsi, min ton | 3,3 | 12,1 | 0,4 |
ondan əmtəəlik | 1,3 | 7,4 | 0,4 |
Tikinti əhəngi, min ton | 6,6 | 97,2 | 0,01 |
Sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpicləri, min ton | 17,0 | 85,8 | 8,5 |
Betondan yığma tikinti konstruksiyaları, min kub m | 22,9 | 57,5 | 3,6 |
Asfalt, min ton | 17,8 | 141,7 | - |
Tikinti kərpici, min kub metr | 59,0 | 150,7 | 22,1 |
Hörmə üçün hazır beton qarışığı, min ton | 262,9 | 2,6 d. | - |
Emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatlar, ton | 2 470,0 | 2,2 d. | 127,3 |
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-mart aylarında 208,7 milyon manatlıq məhsul istehsal olunmuş, hazır metal məmulatlarının istehsalı sahəsində 2,5 dəfə, metallurgiya sənayesində isə 11,5 faiz artım müşahidə olunmuşdur.
Yanvar-mart ayları ərzində sahə üzrə 87,0 min ton (16,3 faiz çox) polad tökmə, 68,2 min ton (43,6 faiz çox) armatur, 5 557,2 ton (6,4 dəfə çox) misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, 165,6 ton (1,6 dəfə çox) alüminium çubuqlar, millər və profillər istehsal edilmişdir.
Məhsul növləri | 2018-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə | 01.04.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Metallurgiya sənayesi məhsulları | |||
Çuqun tökmə, ton | 0,4 | - | 255,6 |
ondan əmtəəlik | - | - | 255,6 |
Polad tökmə, min ton | 87,0 | 116,3 | 5,2 |
Armatur, min ton | 68,2 | 143,6 | 1,8 |
ondan əmtəəlik | 64,5 | 135,9 | 1,8 |
Polad borular, ton | 13,5 | 72,4 | - |
Emal edilməmiş alüminium ərintiləri, min ton | 7,3 | 96,4 | 1,2 |
Alüminium çubuqlar, millər və profillər, ton | 165,6 | 1,6 d. | 173,8 |
Hazır metal məmulatlarının istehsalı | |||
Qara metallardan qeyri-elektrik radiatorlar və onların hissələri, ton | 3,2 | 21,3 | - |
Mayelər üçün çənlər, sisternlər, ton | 800,2 | 10,6 d. | 40,0 |
Misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellər, ton | 5 557,2 | 6,4 d. | - |
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
5 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
10 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 22 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















