"Bankların əmanətləri qaytarmasında çətinliklər yaranacaq"

Bankların müştərilərə verdikləri kreditlərin azalması, müvafiq olaraq da bankların gəlirlərinin azalması fonunda pessimist ssenarilər səsləndirilir.
HƏMÇİNİN OXU: Bankların başı üzərində qara buludlar dolaşır - Gəlir yaratmaqda çətinlik çəkirlər.
"Marja"nın məlumatına görə, tanınmış iqtisadçı Samir Əliyev hesab edir ki, proseslər belə davam edəcəyi təqdirdə bankların əmanətçilər qarşısında öhdəlikərinin yerinə yetirməsində çətinliklər yaranacaq:
"Mərkəzi Bankın (MB) aprelin 2-də keçirilən depozit hərracında gözlənildiyi kimi tələb yüksək olmaqla yanaşı yeni rekord vurub. MB-nin 250 milyon AZN həcmində təklifinə qarşı banklar tərəfindən sifariş 1,2 milyard AZN-ə yaxın olub. Bu, son 1 ayda 4-cü rekord göstəricidir. Martın 29-da keçirilən hərracda depozitin cəlbedilmə müddətinin 20 günə qaldırılması da tələbatı azalda bilməyib. Analoji tələbat martın 14-də Bakı Fond Birjasında keçirilmiş hərracda qeydə alınıb. Həmin hərracda MB-nin 250 milyon manatlıq sifarişinə qarşı bankların tələbi 1 milyard manatdan çox olub. İndiki dövrdə "resurs bolluğu"ndan əziyyət çəkən banklar öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşiblər. Real sektorun riskləri və əhalinin kredit tarixlərinin pisləşməsi bankların kreditləşmə marağını azaldıb. Faktiki olaraq aktivlərinin ən yaxşı halda 40%-ni aktiv kreditləşməyə yönəldən banklar aktivlərinin qalan hissəsini gəlirə çevirməkdə problemlərlə üzləşiblər və MB-nin hərrac imkanlarından yararlanmağa çalışırlar. Nəzərə alaq ki, kreditləşmənin aktivlərdə payının 20%-dən az olduğu banklar da var.
MB valyuta bazarında sabitliyi qorumaq və banklara dəstək üçün hərraclar vasitəsilə dövriyyədən müvəqqəti də olsa 1,3 milyard manat çıxara bilib. Bunun 700 milyon AZN-ni depozit, 600 milyon AZN-ni isə notların yerləşdirilməsi üzrə hərraclar vasitəsilə həyata keçirib. MB 2018-ci ilin ilk 3 ayı ərzində banklara depozit hərracları vasitəilə 15 milyon, notların yerləşdirilməsi yolu ilə 3 milyon manata yaxın dəstək verib. MB ümumilikdə banklara 18 milyon manatlıq faiz ödəyib.
Proseslər belə davam edəcəyi təqdirdə milli valyutada yerləşdirilmiş əmanətlərin faiz dərəcələri əhəmiyyətli dərəcədə aşağı düşəcək, bankların əmanətçilər qarşısında öhdəlikərinin yerinə yetirməsində çətinliklər yaranacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 26 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
14 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Tesla-nın satışları rekord səviyyəyə çatıb

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
