Nazirlik: Bəzi sahibkarlar POS-terminal işlətməkdən imtina edir

"Hazırda Azərbaycanda böyük otellərin, ticarət və ictimai iaşə müəssisələrinin hamısında POS-terminallar var".
Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Onun sözlərinə görə, bəzi kiçik müəssisələr POS-terminal işlətməkdən imtina edir:
"Doğrudan da kiçik otellərdə, kiçik turist obyektlərində, mağazalarda bu və yaxud digər bəhanələri əaas gətirərək deyirlər ki, POS-terminal yoxdur. Amma axtaranda piştaxtanın altında tapılır. Bu, işləməlidir. Görünür ki, qanunvericilikdə baxımından bu barədə düşünülməlidir. POS-terminaldan imtinaya görə müəyyən tələblər qoyulmalıdır".
Nazir müavini son illər POS-terminalların sayının azalmasına da münasibət bildirib:
"Bu, bank sektorunda baş verən dəyişikliklə bağlıdır. Bağlanan banklar oldu, başqa suallar ortaya çıxdı. Amma bu məsələ tədricən yoluna düşəcək. Nağdsız heaablaşmalara keçməyin alternativi yoxdur. Əgər kimsə geriyə qayıdış olacağını fikirləşirsə yanılır. Bu, mümkün deyil. Dünya bir istiqamətdə gedir və biz onun əksinə gedə bilmərik, getməyəcəyik".
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat sonra
-
- 27 d. əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
14 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Tesla-nın satışları rekord səviyyəyə çatıb

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
