Sabah Ərdoğan və Putin tərəfindən təməli qoyulacaq

Türkiyənin 60 illik atom elektrik stansiyası xəyalında sabah önəmli bir addım atılır.
"Marja" xəbər verir ki, sabah Mersinin Gülnar rayonunun Akkuyu bölgəsində Akkuyu Atom Elektrik Stansiyasının təməli qoyulacaqdır.
2010-ci ildə Rusiya ilə Türkiyə arasında imzalanmış razılaşma çərçivəsində tikiləcək Akkuyu Atom Elektrik Stansiyası Layihəsinin təxminən 20 milyard dollara başa gəlməsi gözlənilir.
Hər biri 1200 meqavat gücündə 4 reaktordan ibarət olacaq stansiyanın istehsala başlaması ilə Türkiyənin enerji ehtiyacının təxminən 10%-nin qarşılaması məqsədi güdülür.
Layihə Rusiyanın dövlət nüvə enerji şirkəti "Rosatom" tərəfindən hazırlanıb. Stansiyanın 7 il sonra fəaliyyətə başlaycağı planlaşdırılır. Türkiyənin tələbi ilə bu tarixin 2023 ilə çəkilməsi məqsədi güdülür.
Türkiyənin ilk atom elektrik stansiyasının sabah Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən təməli qoyulacaqdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Baku International Arts Festival 2025 (BIAF 2025) — Bakının qəlbində musiqi, teatr, rəqs və incəsənət
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat sonra
- 29 d. əvvəl
-
- 54 d. əvvəl
-
1 saat əvvəl
Xalq Bank internet və mobil bankçılıq sistemində investisiya xidmətini istifadəyə verdi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tether 20 milyard dollar sərmayə axtarır – Dəyəri 500 milyard dollara çata bilər
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi

Azərbaycan neftinin son qiyməti

Azərbaycan Prezidenti Finlandiya Prezidenti ilə görüşüb

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Nvidia-dan süni intellektə 100 milyard dollarlıq yatırım

Neft, Trampın Rusiya açıqlaması ilə bahalaşdı

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
