Azərbaycanda ilk bitki klinikası fəaliyyətə başlayıb
Bakıda ilk dəfə olaraq bitki klinikası fəaliyyətə başlayıb.
Dünyada çox az sayda olan bitki klinikalarından biri də MDB ölkələri arasında ilk olaraq Azərbaycanda “Aqroservis” şirkətinin nəzdində açılıb.
“Aqroservis” kənd təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı, kənd təsərrüfatı vasitələrinin (pestisid, gübrə, toxum, maşın və avadanlıqlar) Avropa ölkələrindən idxalı və satışı ilə məşğul olur.
“Aqroservis” şirkətinin baş direktoru Hüseyn Hüseynov bildirib ki, çox az sayda bu konsepsiyada yanaşmalar mövcuddur:
“Klinikanın əsas fəaliyyət sahəsindən biri də fermerlərə ödənişsiz olaraq məsləhət xidməti göstərməkdir. Bu sahədə daha da peşəkarcasına xidmət göstərmək məqsədilə tərəfimizdən 2017-ci ildə “Kənd təsərrüfatı vasitələrinin “Sərgi satış mərkəzi” və “Bitki klinikası” inşa edilib. Dünyada mövcud olan bitki klinikalarından fərli olaraq, bizim yaratdığımız klinika öz konsepsiyasına görə bir az fərqlidir. Belə ki, biz məsələyə daha kompleks şəkildə yanaşmağa çalışmışıq”.
H. Hüseynovun sözlərinə görə, bitki klinikası və sərgi-satış mərkəzinin fəaliyyəti bitki xəstəliklərinin və zərərvericilərin diaqnostikası, torpaq və bitki analizi, analizlərin nəticələrinə əsasən tövsiyələrin verilməsi, müvafiq bitki mühafizəsi və digər kənd təsərrüfatı vasitələrinin təchizatı, həmçinin tədris-təcrübə kurslarının təşkilindən ibarət olacaq.
O qeyd edib ki, bitki klinikasında həmçinin xəstəlik və zərərvericilərin elektron albomu, zərərvericilərin kolleksiyası, alaq otlarının və xəstəliklərin herbarisi təşkil edilib: “Bu elektron albom və zərərvericilərin kolleksiyası, alaq otlarının və xəstəliklərin herbarisi bizə və fermerlərə rastlaşdığımız ziyanverici obyektin təyin edilməsində yardımçı olur”.
Şirkətin baş direktoru deyir ki, fermer əkdiyi bitkilərdə bir xəstəlik və ya zərərverici aşkar etdikdə, bu klinikaya müraciət edə bilər: “Onların köməyi ilə yerində vizual baxış keçirilir. Əgər yerində xəstəliyə və zərərvericiyə diaqnoz qoyula bilmirsə, bizim mütəxəssislərin və laboratoriyanın köməkliyi ilə diaqnoz qoyulur və mübarizə tədbirləri planı tərtib edilir.
H. Hüseynov bildirib ki, həmçinin burada klinikanın yanında dərmanların satışı da təşkil olunub: “Bitkiçilikdə istifadə olunan dərmanlarda saxtalaşdırma halları çoxdur. Bu səbəbdən də klinikanın yanında “Sərgi-satış mərkəzi”ndə bitki mühafizəsi vasitələrinin və digər kənd təsərrüfatı vasitələrinin satışını da təşkil etmişik. Burada satılan dərmanların hamısı ABŞ, Fransa, Belçika və İsveçrə firmaların istehsalı olan dərmanlarıdır. Bu dərmanların keyfiyyətinə biz inanırıq. Burada fermerlərə dərman və digər vasitələr təqdim edilir”.
Peşəkar mütəxəssislərin çalışdığı klinikada fermerlərin köməyinə çatacaq kitabxana da fəaliyyət göstərir. O bildirib ki, gələcəkdə Azərbaycanın regionlarında da belə bitki klinikaları açmağı planlaşdırılır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi
-
2 saat əvvəl
Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan Çinlə bank sektorunda əməkdaşlıq haqqında memorandum imzalayıb
-
3 saat əvvəl
Mərkəzi Bank: “PulPal” şirkətinin vəzifəli şəxsi cərimələnib
- 3 saat əvvəl
Son Xəbərlər

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb

Mərkəzi Bank: “PulPal” şirkətinin vəzifəli şəxsi cərimələnib
Ən çox oxunanlar

"İrşad"da “Şad Günlər” başlayır

Azərbaycan şirkəti 2 milyard 414 milyon manat gəlir, 245 milyon manat xalis mənfəət əldə edib

Bank istiqraz ilə 40 milyon manat cəlb edir - ŞƏRTLƏR

Ölkədə neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib

BYD, 2025-ci il üçün satış hədəfini aşağı saldı

Unibank beynəlxalq proqramlaşdırma yarışına dəstək verir

Azərbaycan avtomobil parkının mövcud durumu, problemlər və həlli yolları müzakirə olunacaq

Azərbaycan neftinin son qiyməti
