Bankın sökülən binası ilə bağlı məhkəmə prosesi bu il yekunlaşacaq

"Bank Melli İran-Baku"ya məxsus binanın sökülməsi ilə bağlı maliyyə qurumu ilə Bakı Şəhər İcra Hakimiyyəti gedən məhkəmə prosesinin 2018-ci ildə yekunlaşacağı gözlənilir.
Bu barədə İran bankının Bakı filialının illik audit hesabtında bildirilir.
Xatırladaq ki, Bakı meriyasının yeni parkın tikintisinə dair 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, "Bank Melli İran-Baku"ya məxsus 9 295 964 manat dəyəri olan bina sökülüb. Tərəflər kompensasiya məsələsində razılığa gələ bilmədiyindən işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, sözügedən binanı ləğv prosesində olan "Royal Bank" ASC İran bankından götürdüyü depozit qarşılığında girov qoyub. "Bank Melli İran-Baku" daşınmaz əmlakı 2013-cü ildə, məhkəmə qərası əsasında müsadirə edib. Müstəqil qiymətləndirici ona 9,4 mln. manat qiymət qoyub.
RAZILIĞA GƏLƏ BİLMİRİK
Hesabatda qeyd edilir ki, Bakı şəhərinin İcra Hakimiyyəti tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, "Bank Melli İranın Bakı Filialı"na məxsus 9 mln. 295 min 964 manat xalis dəyərində bina sökülməsi qeyri-ənənəvi ticarət alacağı məbləğinin yaranmasına səbəb olub.
Hesabatda qeyd olunub ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər.
"Buna baxmayaraq, Bankın Rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcək. Hazırda Bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul, 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilib. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olub. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9 milyon 400 min manat təşkil edib. Bank, Maliyyə Alətləri: Tanınma və Qiymətləndirmə adlı 39 saylı BMUS-un tələbinə əsasən dövlət orqanlarından alınacaq məbləğə dəyərsizləşmə üzrə ehtiyat yaratmayıb. Hal-hazırda iş məhkəmə icraatındadır və məhkəmə prosesinin 2018-ci ildə yekunlaşması gözlənilir. Yekun məhkəmə qərarına əsasən bank maliyyə hesabatlarında müvafiq düzəlişləri edəcək", - deyə hesabatda vurğulanıb.
Qeyd edək ki, bina ilkin olaraq "Bank Melli İranın Bakı Filialından alınmış depozitlər üçün "Royal Bank" tərəfindən girov qoyulub. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə Bank tərəfindən əldə edilib, binalar və avadanlıqlar kimi tanınıb və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilib.
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
3 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
