Ən yuxarı (mobil)_30

Neft qiymətləri Liviya xəbərləri ilə yüksəlib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft qiymətləri Liviya xəbərləri ilə yüksəlib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Neft qiymətləri, Liviyanın ən böyük neft sahəsində istehsalın dayanması ilə əlaqədar olaraq yüksəlib.
 

"Marja" xəbər verir ki, Liviyada etirazlar səbəbindən Sharara neft sahəsində hasilat dayanıb. 

 

Digər tərəfdən, "Baker Hughes"ın Cümə günü açıqladığı məlumatlara görə, ABŞ-da neft quyusu qazan qurğuların sayı təxminən son 3 ildə ilk dəfə 800 səviyyəsinə çatıb.
  

Analitiklər bildirirlər ki, neft qiymətləri Liviyada istehsalın dayanmasına reaksiya verir. Liviyadakı risklərin azalacağı hesab edilirdi, ancaq vəziyyət düzəlmir. Sharara sahəsində hasilat yenidən başlasa belə, digər bir sahədə istehsalın dayanması riski var.
 

Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, Qərbi Texas nefti (WTI) 0,5% bahalaşaraq 61.75 dollara, Brent nefti 64.87 dollara qalxıb. Neft qiymətləri keçən həftə 4.4 faiz düşüb.  

 

ABŞ-da artmaqda olan istehsal, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və Rusiyanın da daxil olduğu tərəfdaşlarının hasilatlarını azaltmaq səylərinə mənfi təsir göstərir. Neft qiymətləri bu ilin Yanvar ayında çatdığı ən yüksək səviyyəsinə yenidən çıxmaqda çətinlik çəkir. ABŞ Prezidenti Donald Trump, keçən həftə dəmir və aluminyuma gömrük vergisi qoyulacağını açıqlayıb və bu açıqlama, mümkün bir ticarət müharibəsinə dair narahatlıqlara görə bütün dünyada bazarlarda dalğalanma yaradıb.

05.03.2018 05:29

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18