Ofisait və OYAL-ın sponsorluğu ilə rəsm müsabiqəsi davam edir
“Ofisait” mağazalarının təşkilati dəstəyi və OYAL məktəbli ləvazimatlarının sponsorluğu ilə həyata keçirilən “Mənim Azərbaycanım” rəsm müsabiqəsi uğurla davam etdirilir. Müsabiqənin 6-cı mərhələsi sona çatıb.
Şirkətin mətbuat xidmətindən Marja.az-a verilən məlumata əsasən müsabiqənin 6-cı mərhələsində yeni rəsm çəkməyə başlayan həvəskarlarla yanaşı, peşəkar yaradıcılıqla məşğul olan uşaqlar da iştirak edib.
“Mənim Azərbaycanım” layihəsi vasitəsilə OYAL-ın rəsm həvəskarlarını aşkarlaması, onların yeni müstəvidə öz qabliyyətlərini bir daha sınaya bilməsi üçün şərait yaratması valideynlər tərəfindən də müsbət qarşılanır.
Qeyd edək ki, layihə xalq rəssamı, professor Arif Hüseynovun iştirakı ilə həyata keçirilir. Görkəmli rəssam hər bir uşaqla individual sorğu keçirir, mövzuya aid çəkdiyi rəsm əsərinin daha uğurlu alınması üçün lazımi istiqamətlər verir. Həmçinin iştirakçılar rəssamının xalq nağılları əsasında yağlı boya ilə çəkdiyi əsərləri haqda suallar verib, cavabları maraqla dinləyiblər.
Tədbirin sonunda hər bir iştirakçıya sertifikat və OYAL-dan müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.
Layihə zamanı çəkilən bütün əsərlər 6 ay ərzində təşkilatçıda toplanacaq və Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil olunan komissiya tərəfindən qiymətləndirilmə həyata keçiriləcəkdir. 15 iyun 2018-ci il tarixində qaliblərin adı açıqlanacağı nəzərdə tutulur. Müsabiqənin bütün iştirakçıları OYAL tərəfindən sertifikat və müxtəlif qiymətli hədiyyələr əldə edəcək, ilk 3 yerin qalibi isə “Ofisait” mağazalar şəbəkəsindən 300, 200, 100 AZN məbləğində hədiyyə kuponu və xüsusi mükafatla təltif olunacaq.
Növbəti müsaiqədə iştirak etmək üçün OYAL və Ofisait-in Facebook və İnstagram səhifələrindən online qeydiyyatdan keçmək zəruridir.
Ekoloji sağlam OYAL məktəbli ləvazimatlarını Bakı və bölgələrdə 30-a yaxın filialı olan “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından əldə etmək mümkündür. Həmçinin ölkənin ən böyük online satış portallarından biri olan www.ofisait.com vasitəsilə də Siz mənzil və ofislərinizdə internet vasitəsilə istənilən məhsulu sifariş verə bilərsiniz. “Ofisait”in gülərüz və dinamik komandası Sizin sifarişinizi operativ olaraq qeyd etdiyiniz ünvana təslim edir. Ödənişlərin nəğd və online həyata keçirilməsi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
17 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
43 d. əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
Ən çox oxunanlar
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı




















