“KPMG Azərbaycan”dan fəaliyyətin dayandırılması xəbərinə münasibət
Auditorlar Palatası, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən auditor təşkilatlarının və onların tərkibində fəaliyyət göstərən auditorların 2018-ci il 31 yanvar tarixinə olan Siyahısında qeyd edib ki, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyəti 16.01.17-ci il tarixli ərizəyə əsasən müvəqqəti olaraq dayandırılmışdır. Ətraflı: http://marja.az/news/21199
“KPMG Azərbaycan”dan “Marja”ya bildirilib ki, şirkətə aid qeyd olunan məlumatlar qeyri-dəqiqdir və oxucularda çaşqınlıq yaradır:
“Bununla bağlı, müzakirə etdiyiniz mövzu ilə bağlı dəqiq məlumatları sizin diqqətinizə çatdırırıq. “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi fəaliyyətini dayandırmayıb və dayandırmağı planlaşdırmır. Bir il öncə, biz könüllü olaraq, bütün auditor xidmətlərinin digər hüquqi şəxs – “KPMG Audit Azərbaycan” MMC tərəfindən göstərilməsini təmin etmək məqsədilə, “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin auditor fəaliyyəti üçün lisenziyasının dayandırılması üçün Azərbaycan Respublikasının Auditorlar Palatasına müraciət etmişik. Bu bizim biznes-proseslərimizin optimallaşdırması çərçivəsində həyata keçirilib və bu prosesin arxasında başqa səbəblər mövcud deyildir. Əlavə olaraq qeyd etmək istərdik ki, “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyası Auditorlar Palatası tərəfindən geri çağırılmayıb.
"KPMG Azərbaycan" dedikdə, Azərbaycan Respublikasının qanunvericiliyi müvafiq olaraq təsis edilmiş “KPMG Audit Azərbaycan” MMC və Hernsi qanunvericiliyinə müvafiq olaraq təsis edilmiş, Azərbaycan Respublikasında Nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən və İsveçrə şirkəti olan “KPMG International Cooperative” (“KPMG International”) müstəqil üzv şirkətlər şəbəkəsinin üzvü olan “KPMG Azerbaijan Limited” şirkəti nəzərdə tutulur”.
"KPMG Azərbaycan" müflis elan edilmiş “Bank Standard” və “Texnikabank”ın auditini aparıb. İddia olunur ki, qlobal audit şirkəti bir çox qanunsuzluqlara göz yumub. "KPMG”nin bu bankların müflisləşməsində təqsirinin olub-olmamasının araşdırılması tələb olunur. “KPMG Azerbaijan Limited” şirkətinin bu səbəbdən fəaliyyətinin dayandırıla bilinəcəyindən şübhələnilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 16 saat sonra
- 8 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)










.jpg)

