“DəmirBank” işçi axtarır
“DəmirBank” korporativ müştərilər üzrə menecer vəzifəsi üzrə vakansiya elan edib.
Vəzifə və öhdəliklər:
- Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
- Bankın iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
- Filialın iri kreditlərinin portfeli planının icrasını və korporativ məhsulların çarpaz satışını təmin etmək;
- Müvafiq kredit prosedurlarına uyğun olaraq müştəri ilə sorğu keçirmək;
- Müştərinin ərizəsini qəbul etmək və biznes sahəsinə vizitlər etmək;
- Müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq;
- Kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək;
- Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;
- Kredit portfelini idarə etmək;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Filialın iri və korporativ kreditləri sahəsində ümumi fəaliyyətinə dair hesabatlar vermək;
- Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
- Filialda iri kreditləri və korporativ məhsulları üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Bankın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək.
Namizədə qarşı tələblər:
- İqtisadiyyat və ya menecment sahələrində ali təhsil;
- Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- Satış sahəsində 5 illik iş təcrübəsinə malik olmalı;
- SME sahəsində 3 illik iş təcrübəsinə malik olmalı;
- Məsulliyyətlilik, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Korporativ satışın aparılmasında təcrübəyə sahib olmalı;
- Komandada işləmək qabiliyyətinə və ruhuna sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
- MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
- Dinləmə, nəticə yönümlülük, məxfilik, marketinq bacarığı, hədəf yönümlülük, ünsiyyət bacarığı, vaxtın idarə olunması, səbirlilik, sürət, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqlarının olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Korporativ Müştərilər üzrə Menecer) göstərməyiniz xahiş olunur.
Elanın bitmə tarixi yanvar ayının 30-dur.
23.01.2017
05:35
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 14 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
22 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
30.06.2026
15:44
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
12.06.2026
12:09
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
30.05.2026
21:27
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
30.05.2026
14:17
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
30.05.2026
13:34
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
30.05.2026
12:49
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
30.05.2026
12:34
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
30.05.2026
12:23
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
30.05.2026
12:18
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
30.05.2026
12:00
Ən böyük xərci işçilər üzrə olub
30.05.2026
11:36
Trampın imzası üçün geri sayım
30.05.2026
10:55
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
30.05.2026
10:47






.jpg)




.jpg)





.jpg)







