"Societe Generale": Neft 2019-2020-ci illərdə ucuzlaşacaq
ABŞ-da şist neft hasilatının artmağa davam etməsinə baxmayaraq, neftin qiyməti yüksələcək. "Report" xəbər verir ki, bu proqnozla Fransanın "Societe Generale" bankı çıxış edib.
Bankın hazırladığı hesabatda 2018-ci il üçün "Brent" markalı neftin orta qiyməti 62 dollardan 66 dollar/barelə, WTI neftinin qiyməti isə 58 dollardan 62 dollar/barelə yüksəldilib. Bu proqnozu ABŞ-ın "Sanford C. Bernstein" araşdırma şirkəti də dəstəkləyib.
"Societe Generale"in ekspertləri bildiriblər ki, ABŞ-ın neft hasilatında faktiki artım proqnozları üstələsə də, Venesuelanın neft hasilatındakı azalma da proqnozları üstələyir. Bank, qeyri-OPEC ölkələrində neft hasilatının ciddi şəkildə artacağını ehtimal edir. Lakin, OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edə biləcək.
"Societe Generale" 2018-ci ildə neft bazarının tarazlı vəziyyətdə olacağını, 2019-2020-ci illərdə isə dünya iqtisadiyyatında gözlənilən yavaşlama ilə qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırır.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 21 d. əvvəl
-
29 d. əvvəl
“Qarabağ Taxıl” şirkətinin nizamnamə kapitalı 1,4 milyon manat azaldılıb
-
53 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
53 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
1 saat əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“Kredaqro” BOKT-ın vəzifəli şəxsi cərimə edilib
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)







.jpg)









