24 yaşlı Bank of Baku: 700 mindən çox müştəriyə xidmət göstəririk
Xəbər verdiyimiz kimi, 14 fevral 1994-cü il tarixindən etibarən inamla addımlayan və ölkənin bank sektoruna öz adını qızıl hərflərlə yazan Bank of Baku bu gün 24 yaşını qeyd edir.
Bankdan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, 24 rəqəmi – sevgi, pul və yaradıcılığın rəmzi sayılır: "Bank of Baku fəaliyyət göstərdiyi bütün bu 24 il ərzində bu 3 meyarı əsas götürdü və müştərilərinə sevgi ilə xidmət göstərdi, onların gəlirlərinə əlavə gəlir qazandırdı və bank sektoruna gətirdiyi ilkləri ilə bir çox yeniliklərə imza atdı.
“Sizə Yaxın Bankçılıq” şüarı ilə müştərilərinə xidmət göstərən Bank, yeni yaşında “Sizə yaxın korporativ bankçılıq” şüarı ilə xidmət sahəsini daha da genişləndirdi və bu istiqamətdə ciddi işlər gördü. Onların sırasında korporativ müştərilərə özəl İŞKART - biznes kart məhsulunu və depozit funksiyalı Bolkart debet əmək haqqı kartlarının istifadəyə verilməsini göstərmək olar.
24 ildə müştərilərinə ən üstün və rahat xidmət üçün çalışdı, yaratmaqdan yorulmadı və İnnovator Bank adını daim qoruyub saxladı. Xidmətinə sevgi qatan və müştərilərinə gəlir qazandıran Bank onlara maliyyə xidmətlərindən daha rahat istifadə üçün İnternet Bankçılıq və Təcili Pul köçürmələri sahəsində bir çox ilklərə imza atdı.
Bank of Baku hal-hazırda, 5-i region və 13-ü Bakı və Abşeron olmaqla, ümumilikdə 18 filial şəbəkəsi ilə 700 mindən çox müştəriyə xidmət göstərir.
Bank yeni yaşına özəl olaraq bütün məhsul və xidmətlərini müştərilərinə 0% komissiya ilə təqdim edir. 24 yaşa özəl keçirilən kampaniya haqqında ətraflı məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 d. əvvəl
-
- 19 d. əvvəl
-
22 d. əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 28 d. əvvəl
-
32 d. əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 36 d. əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
3 saat əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib

























