Azərbaycanda iri pivə istehsalçısı böhrandan çıxdığını bəyan etdi
2017-ci ildə "Carlsberg Azerbaijan" şirkəti satış həcminin aşağı düşməsi prosesini dayandırmağa və yenidən artıma nail olmağa, həmçinin uzunmüddətli perspektivdə şirkətin dayanıqlı inkişafı üçün müsbət rol oynayacaq bir sıra layihələrin realizasıyasına start verməyə nail olub.
Bu barədə ”Marja” “Carlsberg Azerbaijan” şirkətindən bildirilib.
Qeyd olunub ki, “Carlsberg Azerbaijan” yerli pivə bazarında lider mövqelərini qoruyub saxlayır:
“Pivə bazarının və nəticədə 2015-ci ildə makroiqtisadi səbəblərə, daha dəqiq desək, yerli valyutanın devalvasiyası və istehlakın azalmasına görə başlayan "Carlsberg Azerbaijan" şirkətinin satış həcminin düşməsi prosesini 2017-ci ildə dayandırmaq mümkün oldu. Bu şirkətə ikiillik eniş dövründən sonra mənfəətliliyi qaytarmağa və biznesi bərpa etməyə imkan verdi.
2017-ci ildə şirkətdə mal yüklənmələrinin həcmi keçən illə müqayisədə 9% artdı, bu isə həm ölkədəki iqtisadi vəziyyətin normallaşması, həm şirkət rəhbərliyinin biznesin optimallaşdırılması və effektivliyinin artırılması üçün atdığı vacib addımlarla əlaqəlidir. Süzmə pivə kanalında (on-trade) artımın ümumi nəticəyə əhəmiyyətli dərəcədə təsiri olmuşdur, sözügedən kanalda yüklənmələrin həcminin artımı keçən illə müqayisədə təqribən 25% təşkil etmişdir”,- şirkətin məlumatında deyilir.
2017-ci il şirkət üçün brend portfelinin genişləndirilməsi baxımından əlamətdar olmuşdur:
“Ölkədə ən iri pivə istehsalçısı və dünyada pivə istehsalı üzrə liderlərindən birinin bir hissəsi olaraq, Carlsberg Azerbaijan Azərbaycanın pivə və içki bazarına yeni çeşid və dadları gətirməyə çalışır. Yerli istehlakçının tərcihlərinin tədqiqatını apararaq, şirkət Carlsberg Group-un onlarla bazarında uğur əldə etmiş optimal alkoqollu və alkoqolsuz brendləri seçmişdir: keçən il ərzində azərbaycanlılara Carlsberg, Kronenbourg Blanc 1664, Holsten, Seth and Riley's Garage Hard Lemon kimi brendlər müxtəlif qablaşdırma formatlarında təklif olunmuşdur, ilin sonunda isə şirkət enerji içkiləri bazarında Flash Up brendi ilə daxil olmuş, hansı ki, bu brend Şərqi Avropanın bir neçə ölkəsində qəti mövqelər tutmuşdur”.
Carlsberg Azerbaijan şirkətinin Baş direktoru Vyaçeslav Maltsev: “Keçən il ərzində nəhayət pivə istehsalı sahəsində və beləliklə nəticələrimizdə müşahidə olunan mənfi dinamikanı dayandırmağı bacardıq və mən sənayedə yenidən artımın başladığını qeyd etməyə şadam. Şirkətin səyləri ilə yanaşı, dövlət hakimiyyəti orqanları ilə dialoqun möhkəmlənməsi də biznesin normallaşmasına vacib töhfə verib, bu bizim üçün çox vacib olan məsələlər üzrə pivəbişirmə sahəsinin mövqeyini çatdırmağa və nəticədə sahənin və ümumilikdə iqtisadiyyatın inkişafına səbəb olan ardıcıl və gözlənilən qanunvericiliklə tənzimlənməyə imkan yaradır. Xarici investor kimi bizim üçün bu cür yanaşmanın saxlanması həlledicidir. Daimi dialoqun inkişafı və dövlət tərəfindən dəstək müəyyən ölkədə biznesin sabitliyi və perspektivlərinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
"Carlsberg Azerbaijan" pivəbişirmə zavodu Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 kilometr aralıda yerləşir. Zavodun istehsal gücü ildə10 mln dekalitr təşkil edir, şirkətdə təxmini 250 nəfər işləyir və təxmini 400 nəfər vasitəli üsulla işləyir (distribüterlər, agentliklər, podratçılar). Carlsberg Azerbaijan şirkətinin büdcəyə illik ayırmaları təxmini 15 mln AZN, şirkətin zavodun inkişafına sərmayələrinin ümumi məbləği isə 48 mln AZN-dən çox təşkil edir. Şirkətin portfelində Xirdalan, Tuborg, Балтика 7, Балтика 0, Балтика 9, Baltika 4, КУЛЕР, Efsane,Жигулевское Фирменное, Carlsberg, Holsten, Kronenbourg Blanc, Seth and Riley's Garage Hard Lemon kimi məşhur brendlər var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 19 d. əvvəl
-
41 d. əvvəl
Müharibə Azərbaycana gələn ərəblərin sayına mənfi təsir edib - 11 FAİZƏ YAXIN AZALMA
- 44 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı artıb
Aprelin 4-də gözlənilən hava şəraiti
Ən çox bankçılıq mükafatını ABB qazandı!
Azərbaycana gələn əcnəbilərin sayı azalıb
Bank sektorunda çalışanların sayı 1643 nəfər artıb
Ən çox oxunanlar
Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli olacaq
Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı
AccessBank dörd nominasiya üzrə qalib oldu!
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi və ABB müqavilə imzaladı
Bakı Fond Birjasının ticarət dövriyyəsində böyük azalma
Taksilərin icbari sığorta xərcləri yeni qaydada hesablanacaq
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
















