Daşınmaz əmlak sertifikatları buraxılacaq - İŞLƏR GÖRÜLÜR
"Ölkədə iqtisadiyyatın inkişafı sürətləndikcə əhalinin sosial vəziyyəti də yaxşılaşmağa doğru davam edir və mövcud vəziyyətlə bağlı əhalinin mənzilə olan tələbatının qarşılanması və mənzil sahibi olmaq istəyən insanların istəklərinin təmin edilməsi məqsədilə "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin idarəçiliyində olan tikinti kooperativlərinin fəaliyyəti bərpa ediləcək".
Bunun "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə "Regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı" dövlət proqramının icrasının dördüncü ilinin yekunları: qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə deyib.
K.Nəbizadənin sözlərinə görə, kooperativlərin bir şirkətin nəzdində toplanması nəzərdə tutulur.
"Bu məqsədlə tikilməkdə olan və tikilməsi nəzərdə tutulan mənzillərə daşınmaz əmlak sertifikatlarının buraxılışının tətbiqi istiqamətində aiddiyyatı icra hakimiyyəti orqanları ilə işlər görülür", - deyə baş direktor vurğulayıb.
Azərbaycanda qüvvədə olan qaydalara görə, Emitent daşınmaz əmlak sertifikatlarını tikinti işlərinin ümumi smeta dəyərinin 70%-dək (yetmiş) hissəsinin maliyyələşdirilməsi üçün buraxır. Tikinti işlərinin ümumi smeta dəyərinin azı 30%-i (otuz) emitent tərəfindən ödənilməlidir. Kütləvi təklif üsulu ilə yerləşdirilən və sənədli formada buraxılan daşınmaz əmlak sertifikatları dövlət qeydiyyatına alındıqdan sonra Mərkəzi Depozitarda deponentləşdirilməlidir.
Tikinti şirkətləri daşınmaz əmlak sertifikatlarını tikintiyə başlamazdan əvvəl buraxa bilərlər. Həmin sertifikatları bir növ binadakı mənzilə və ya qeyri yaşayış sahəsinə sahiblik hüququnu təsdiq edən sənəddir. Vətəndaş sertifikatı almaq üçün onu buraxan tikinti şirkəti ilə qiyməti razılaşdırır. Həmin məbləğdə sertifikatın tam qiymətini bəri başdan ödəyir və beləliklə, özülü qoyulan andan həmin binadakı əmlakın sahibinə çevrilir.
Daşınmaz əmlak sertifikatları ilə tikinti şirkətləri əvvəlcədən maliyyə çatışmazlığını aradan qaldırarsa, sertifikatı əldə edən vətəndaşlar da həmin mənzilin tam hüquqlu sahibinə çevrilir, yəni mənzil tikilməzdən əvvəl onun sənədi vətəndaşın əlində olur. Tikinti şirkətləri həm də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən həmin sertifikatları girov qoymaqla istənilən bankdan kredit götürmək şansını qazanır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)



.jpg)
