Antivürüs proqramının banisindən Bitcoin üçün inanılmaz iddia - MƏRCƏ GİRDİ
İlk kommersiya məqsədli antivürüs proqramının banisi John McAfee, virtual pulların güclü müdafiəçisi kimi tanınır. Məşhur iş adamı Bitcoin-ə və digər digər altkoinlərə böyük investisiya yatırıb. O, Bitcoin ilə bağlı girdiyi "Bir Bitcoin 2020-ci ilin sonlarında 1 milyon dollar olmasa bir televiziya kanalında öz cinsi orqanımı kəsib yeyəcəyəm" iddiası ilə yenidən gündəmdədir.
"Marja" xəbər verir ki, McAfee ilk olaraq 2017-ci ilin İyul ayında Twitter hesabında ona verilən "Bir Bitcoin üç il ərzinfə 500 min dollar olacaqmı"? sualına, "Əgər olmasa televiziyaya çıxıb cinsi orqanımı kəsib yeyəcəyəm" şəklində cavab verərək səs salmışdı. Bu "tweet"i atanda bir Bitcoin 2 min 800 dollar səviyyəsində idi.
McAfee həmin ilin 29 Noyabrında paylaşdığı yeni "tweet"ində isə, "Bitcoin-in 2020-ci ildə 500 min dollar olacağını deyəndə, 2017-ci ilin sonunda 5 min dollar olacağını göstərən bir model istifadə etmişdim. Ancaq Bitcoin bu modelin ortaya qoyduğundan daha sürətli bir dəyişiklik göstərir. Bu səbəbdən artıq 2020-ci ildə bir Bitcoin-in 1 milyon dollar olacağını düşünürəm. Daha əvvəl girmiş olduğum iddia hələ də qüvvədədir, əgər uduzsam cinsi orqanımı yeyəcəyəm" - demişdi. McAfee bu "tweet"i yazanda isə bir Bitcoin 9 min 700 dollar səviyyəsində idi. 17 Dekabrda 19 min 800 dollara qədər çıxan Bitcoin ötən ili 13 min 800 dollardan bağlamışdı.
2018-ci ildə kəskin ucuzlaşan Bitcoin cümə günü 7 min 900 dollara qədər düşüb. Bir çox insan McAfee-nin bu iddiasına sadiq qalıb qalmayacağını düşünürdü.
Mcafee Bitcoin-də sanki təşviş əhval-ruhiyyəsinin yaşandığı cümə günü yazdığı yeni "tweet"ində daha əvvəl girdiyi iddianı xatırladaraq bunları deyib: "Bir çox insan keçən iki gün ərzində daha əvvəl girmiş olduğum iddiaya sadiq qalıb qalmayacağamı soruşur. QƏTİYYƏN, DAVAM EDİR (Yəni 2020-ci ilin sonunda bir Bitcoin 1 milyon dollar olmasa cinsi orqanını kəsib yeyəcək) Amma onsuz da bu iddiamı həyata keçirmək məcburiyyətində qalmayacağam. Ağlınızı istifadə edin! Kripto arenasının yaxşı bildiyi rəqəmləri istifadə edin".
Bitcoin-in son bir aydır niyə düşdüyü şəklində suala, Mcafee bu şəkildə cavab verib: "Hər yüksəlişin təbii ki, bir düşüşü olacaqdır. Bəlkə də yüzlərlə dəfə olacaqdır. Artıq bir az cəsarətli olun".
"Twitter"də 750 min insanın təqib etdiyi McAfee, yaxın perspektiv üçün bir proqnoz verməyin bu an tez olduğunu, ancaq Mart ayına qədər Bitcoinin 15 min dollar səviyyələrini görə biləcəyini deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
16 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
18 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"


















.jpg)


