Kapital Bank “Xəzri” sistemi üzrə daha 50 müştərini mükafatlandırdı
Kapital Bank “Xəzri” təcili pul köçürmələri sistemi üzrə “Xəzri pul gətirəcək” adlı stimullaşdırıcı lotereyasının 2-ci tirajı keçirilib. Nəticədə bu sistemin əlavə 50 müştərisinin hər biri 100 manat qazanıb.
Qeyd edək ki, “Xəzri” sistemi ilə pul göndərən müştərilər, avtomatik olaraq lotereya iştirakçısına çevrilirlər. Lotereyada hər göndərilən 100 manat, 1 şansa bərabərdir. 10 fevral 2017-ci il tarixədək keçiriləcək lotereya ərzində 150 müştərinin hər biri 100 manat, sonda isə bir müştəri 1000 manat qazanacaq.
“Xəzri” vasitəsilə pul köçürmələri etmək çox rahat və sərfəlidir. Cəmi 5 dəqiqə ərzində hesab açmadan həm ölkə daxilində, həm də xarici ölkələrə pul göndərmək əlverişlidir. Köçürmələrə görə minimum 0,8%-dən başlayan komissiya haqqı tutulur. Müştərilər ölkədaxili göndərilən pul vəsaitini 24 saat ərzində Kapital Bank bankomatlarından komissiyasız nağdılaşdıra bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
- 9 d. əvvəl
-
10 d. əvvəl
"Azərbaycan Biznesinin İnkişafı Fondu" güzəştli kreditləşməni 66 %-dən çox artırıb
-
11 d. əvvəl
Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb
-
14 d. əvvəl
Ələt-Osmanlı dəmir yolu xətti üzrə işlərin təxminən yarısı tamamlanıb
- 15 d. əvvəl
-
16 d. əvvəl
"Güzəştli mənzil" sistemi ilə ötən il 1000-dən çox mənzil rəsmiləşdirilib
- 17 d. əvvəl
-
26 d. əvvəl
Dəmir filizi qiymətləri artır: Son iki ayın ən yüksək səviyyələri test edilib
-
33 d. əvvəl
Azərbaycanın maliyyə sektorunun aktivləri 12 %-ə yaxın azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Baş nazir: Cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının əsaslı olduğunu göstərir
Ötən il 60 milyon manata yaxın gəlir əldə edib
Azərbaycan banklarının müddətli xarici borcu 50 %-dən çox artıb
Bank əmanətlərinin 84 %-dən çoxu qorunur
"Azərpoçt" ötən il 132 minə yaxın ödəniş kartı buraxıb
Azərbaycanın maliyyə sektorunun aktivləri 12 %-ə yaxın azalıb
Azərbaycan neftinin son qiyməti
ABŞ Rusiya neftinin alınmasına müvəqqəti icazə verdi
Rəsmi məzənnələr açıqlandı
“Məişət Malları” şirkətinin gəlirləri 2 dəfədən çox azalıb
























