UbiQ-in Baş icraçı direktoru Bakıda çıxış edəcək
Kapital optimallaşdırılması şirkəti olan UbiQ-in Baş icraçı direktoru Michel Klizi 17-18 Aprel tarixlərində Bakıda baş tutacaq regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik” mövzulu Beynəlxalq Bankçılıq Sərgi-Konfransında spiker kimi çıxış edəcəkdir.
Michel Kilzi UbiQ Group Baş icraçı direktoru və UbiQ Türkiyə, UbiQ Misir, UbiQ Səudiyyə Ərəbistanı ilə UbiQ BƏƏ-nin idarə heyəti üzvüdür.
Michel Kilzi Yaxın Şərqdəki böyük banklar üçün yenilikçi biznes modelləri üzrə konsaltinq və biznes inkişafı xidmətləri təqdim etmiş, FinTech sahəsində dərin təcrübə qazanmışdır.
Maliyyə xidmətləri və texnologiya mövzusundakı təşəbbüskarlığı, Mişeli, Orta Şərq, Şimali Afrika və Türkiyə bölgələrində İstanbul, Qahirə, Beyrut, Dubay və Riyad kimi şəhərlərdə maliyyə əməliyyatları aparan və kapital optimallaşdırılması mövzusunda təqdim etdiyi həllərlə qabaqda gələn FinTech qurumu olan UbiQ Group-un idarəçiliyinə aparan əsas səbəbi idi. UbiQ-dan əvvəl, Michel istehlakçı və KOS borcları, analitik və süni intellekt, ticarətin maliyyələşdirilməsi və rəqəmsal transformasiyanın həyata keçirilməsi sahəsində “Tinance&Technologies venture” şirkətini təsis etmişdir.
Tədbir çərçivəsində maliyyə texnoloji avadanlıqların, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaq. Müasir ödəmə və identifikasiya vasitələri, biometrik ATM ilə yanaşı, "Unionpay", "AliPAY"(ALİBABA), "VİSA", "Mastercard" kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.
Konfrans "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və "FA International Trade Events" (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan şirkəti ilk dəfə banan yetişdirir
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti















.jpg)






