Meyvə və tərəvəz ixracatçıları hökumətdən subsidiya istəyir
Azərbaycanın meyvə və tərəvəz ixracatçıları Körfəz və Avropa ölkələrinə ixracın stimullaşdırlması üçün hökumətdən subsidiya istəyirlər.
Bunu Azərbaycan Meyvə və tərəvəz istehsalçıları və ixracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev bildirib.
B.Quliyevin sözlərinə görə, Azərbaycan məhsulları Körfəz və Aropa ölkələrində keyfiyyətli məhsul kimi tanınmır: "Bu səbəbdən də biz məcburuq dempinq tətbiq edək. İstərdik ki, bunu nəzərə alıb hökumət bizə subsidiya ayırsın".
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev məsələ ilə bağlı sahibkarlara konkret təkliflərin hazırlanmasını məsləhət görüb: "Konkret təklif hazırlayın və görək neçəyə və necə başa gəlir".
Kənd təsərrüfatı naziri Heydər Əsədov isə sahibkara bildirib ki, subsidiyanın ayrılması üçün məntiqi izah olmalıdır: "Avropa ölkələrində subsidiyiyalar 18-23% olduğu halda, Azərbaycanda bu rəqəm 27,7%-dir. Konkret bu məsələyə gəldikdə isə biz istixanalara subsidiya ayrılmasına ehtiyac görmürük. Gələcək perspektivdə də bunu görmürəm".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 24 san. sonra
-
50 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 51 d. əvvəl
-
-
58 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























