Terminalla ölkə xaricinə pul köçürmə xidməti - LİMİT ARTIRILDI
Bank, xaricə pul köçürmə üzrə gündəlik limit məbləğini 500 USD-dək artırıb.
Təcili Pul köçürmələri sahəsində tətbiq etdiyi yenilikləri ilə günü-gündən sektorunun innovatoru adını doğruldan Bank of Baku, müştərilərinə pul vəsaitlərini daha rahat və təhlükəsiz şəraitdə göndərmələri üçün təqdim etdiyi imkanları daha da təkmilləşdirib.
Bankın yaydığı məlumata görə, ötən aylarda müştərilərinə ödəniş terminalları və İnternet Bankçılıq vasitəsilə Contact Təcili Pul köçürmələri sistemindən istifadə imkanını təqdim edən Bank, xaricə pul köçürmə üzrə gündəlik limit məbləğini 500 USD-dək (AZN ekv.) artırıb.
Bununla yanaşı, hər zaman müştərilərinin rahatlığını düşünən Bank, məhz onlar üçün ölkəxarici pul köçürmələri xidmətini bankın bütün ödəniş terminallarında aktivləşdirdi.
Yəni, indi müştərilər istər Bankın filialları daxilində, istərsə də filialdan kənar ödəniş terminallarına yaxınlaşaraq 24/7 rejimində ölkəxaricinə pul köçürmə əməliyyatlarını həyata keçirə bilərlər.
Bunun üçün Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib,
- Müştəri kodunu daxil etməli;
- Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmalı;
- Vəsaitin göndəriləcəyi ölkəni seçməli;
- Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etməli;
- Əməliyyatı təsdiq etməli.
Əməliyyat uğurla tamamlandıqdan sonra müştəri köçürmə haqqında qəbzi əldə edə bilər. Bankın müştəriləri nağd pul vəsaitini istər ödəniş terminalları, istərsə də İnternet Bankçılıq vasitəsilə aşağıdakı ölkələrə 24/7 rejimində sürətli göndərmək imkanı əldə edəcəklər:
- Rusiya
- Belarusiya
- Gürcüstan
- Qazaxıstan
- Qırğızıstan
- Moldova
- Özbəkistan
- Tacikistan
Bank of Baku-nun ödəniş terminallarının ünvanları haqqında dəqiq məlumatla bu linkə daxil olaraq tanış ola bilərsiniz.
Daha ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 6 saat əvvəl
-
6 saat əvvəl
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Ən çox oxunanlar
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti





























