Azərbaycanın reytinqinin "mənfi"dən "sabit"ə qaldırılmasına - RƏSMİ MÜNASİBƏT
Maliyyə Nazirliyi “Standard&Poor’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqi ilə bağlı yaydığı məlumata münasibət bildirib.
Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev reytinq üzrə proqnozun "mənfi"dən "sabit"ə yüksəldilməsini şərh edərək agentliyin bundan əvvəl dərc etdiyi reytinq hesabatında tələskənliyə yol verildiyini qeyd edib.
“Mövcud vəziyyətin düzgün qiymətləndirilməməsi ilə razılaşmadığımızı və bundan təəssüfləndiyimizi bəyan etmişdik. Hesab edirik ki, “Standard&Poor’s” agentliyi neft və neft məhsullarının qiymətlərinin azalması fonunda dərhal ölkənin kredit reytinqini aşağı endirməklə bağlı qərarlarında tələsmişdi. Buna baxmayaraq, Agentliyin nümayiş etdirdiyi bugünkü adekvat və çevik mövqeyi yüksək qiymətləndiririk”, - deyə mətbuat katibi bildirib.
Xatırladaq ki, “Standard&Poor’s” Azərbaycanın suveren kredit reytinqinin ənənəvi qiymətləndirməsini apararaq müvafiq hesabatını açıqlayıb. Agentlik Azərbaycanın uzunmüddətli xarici və milli valyutada suveren kredit reytinqini 'BB+/B' səviyyəsində təsdiq edərək reytinq üzrə proqnozu "mənfi"dən "sabit"ə yüksəldib. Reytinq agentliyinin yaydığı hesabatda tədiyyə balansına olan təzyiqlərin azalması fonunda xarici valyuta ehtiyatlarının artması, 2014-cü ildən bəri ilk dəfə olaraq büdcənin profisitlə icra olunacağının proqnozlaşdırılması və ölkənin iqtisadi inkişaf göstəricilərində gözlənilən artım reytinq üzrə proqnozun yaxşılaşdırılmasına əsas səbəblər kimi göstərilib. Belə ki, agentlik 2018-ci ildən başlayaraq ölkə iqtisadiyyatında növbəti dörd il ərzində orta hesabla 3,3% artım proqnozlaşdırır.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 58 d. əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
















.jpg)












