PAŞA Bank Euromoney beynəlxalq forumunda iştirak etdi
Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank Vyana şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin illik beynəlxalq investisiya-bankçılıq forumunda növbəti dəfə iştirak etmişdir. İşgüzar tədbirin təşkilatçısı aparıcı biznes jurnalı Euromoney olmuşdur.
Öncəki illərdə olduğu kimi bu dəfə də Forumun gündəliyinin əsasını Mərkəzi və Şərqi Avropa ölkələrinin maliyyə və iqtisadiyyat nazirliklərinin, dövlət tənzimləyici orqanlarının rəhbərlərinin, eləcə də aparıcı beynəlxalq bankların və işgüzar qurumların nümayəndələrinin çıxışları təşkil etmişdir. Bu il forumun işində bankirlər, investorlar, biznes konsultantlar, özəl səhm kapitalının, daşınmaz əmlakın, sığorta bazarlarının idarə edilməsi üzrə mütəxəssislər və digər ekspertlər də daxil olmaqla 1100-dən artıq nümayəndə iştirak etmişdir.
Forum çərçivəsində 2018-ci ildə maliyyə gündəliyində duran aktual məsələləri müzakirə etmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası, BNP Paribas, Societe Generale, Citi, Raiffeisen Bank və digər bu kimi beynəlxalq maliyyə təşkilatlarının nümayəndələri bir araya gəlmişdir.
Bu il forumun iştirakçıları əsas diqqəti region ölkələrində investisiya iqlimi, özəl sektora xarici investisiyaların cəlb edilməsi üçün şəraitin yaradılması üsulları və region ölkələrinin iqtisadiyyatı üçün hal-hazırda aktual olan digər əsas struktur məsələlərinin müzakirə edilməsinə yönəltmişdir. Tematik müzakirə panelləri çərçivəsində dəvət olunmuş ekspertlər region ölkələrində rəqəmsal alətlərin fəal şəkildə tətbiq edilməsi fonunda bu ölkələrin iqtisadiyyatının inkişaf perspektivləri, FinTek-lərin rolu və onların fəaliyyətinin ənənəvi bankçılığa təsiri, eləcə də yaxın gələcəkdə bizneslərin üzləşə biləcəkləri əsas iqtisadi risklər kimi bu gün üçün aktual olan bir sıra məsələləri müzakirə etmiş və fikir mübadiləsi aparmışdırlar.
“Mərkəzi və Şərqi Avropa ölkələrinin bank sektoru” adlı müzakirə panelindəki çıxışında PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun qeyd etdiyi kimi inkişaf etməkdə olan iqtisadiyyatlarda texnologiyaların bank məhsulları bazarına inteqrasiya edilməsində banklar əsas hərəkətverici qüvvə olacaqdır.
«Bank sektorunun təhlükəsizliyini və dayanıqlı inkişafını təmin etmək üçün tənzimləyici orqan tərəfindən müəyyən edilmiş ciddi qaydalar üzündən start-up-lar və FinTek-lər bazarda paylarının həcmini genişləndirə bilmirlər. Bu potensialı dərk edərək, PAŞA Bank növbəti üç ili əhatə edən innovativ, çevik və müştəri yönümlü mühitdə müştərilərə xidmət göstərməyə imkan verən infrastrukturu və düşüncə tərzini formalaşdırmağa yönəlmiş yeni rəqəmsal strategiyanı hazırlamışdır. Biz anlayırıq ki, ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidi təmin etmək üçün bu, həm müştərilərin, həm də işçilərin düşüncə tərzinin dəyişməsini tələb edir, lakin biz bu rəqəmsal innovasiyanı bank sisteminə inteqrasiya etmək üçün geniş təcrübəyə malikik və güclü və müasir bank kimi formalaşmağı hədəfləyirik», - deyə, T.Kazımov bildirdi.
Qeyd edək ki, bu ilki Mərkəzi və Şərqi Avropa ölkələrinin beynəlxalq forumu sayca 23-cüdür və Avropada keçirilən ən irimiqyaslı işgüzar tədbirlərdən biridir. İki gün davam edən işgüzar forum öz işini bu gün 17 yanvar tarixində yekunlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
4 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb





















