"Həddən artıq dəyərli dollar ABŞ iqtisadiyyatı üçün zərərlidir"
ABŞ-ın maliyyə naziri vəzifəsinə namizəd Steven Mnuchin, "həddən artıq güclü dolların" ABŞ iqtisadiyyatı üzərində qısamüddətli mənfi təsirinin ola biləcəyini söyləyib.
"Marja" xəbər verir ki, Mnuchin, bir senatorun Dolların mümkün 25%-lik yüksəlişinin təsiri barədə sualına verdiyi yazılı cavabında, "Dolların gücü tarixən ABŞ iqtisadiyyatının gücü və investorların ABŞ ilə iş görməyə olan inancı ilə əlaqəlidir", - deyib və "Zaman zaman, həddən artıq güclü dolların iqtisadiyyat üzərində mənfi qısamüddətli təsirləri ola bilər" şəklində əlavə edib.
Bloomberg News-un Bazar ertəsi gün yayadığı bu şərhdən sonra, dollar altı həftədən artıq müddətinin ən aşağı səviyyəsinə enib. Bundan əvvəl Mnuchin, güclü dolların uzun perspektivdə əhəmiyyətli olduğunu, ancaq dolların indilərdə "çox, çox güclü" olduğunu söyləmişdi.
Prezident Donald Trump, bu ay Wall Street Journal-a verdiyi müsahibəsində, ABŞ-ın pul vahidinin "çox güclü" olduğunu söyləyərək, dolların dəyər qazanmasına dair narahatlığını dilə gətirmişdi.
Donald Trump, ABŞ-ın pul vahidi Dolların, Çinin öz valyutasının dəyərini aşağı saxlaması səbəbilə onsuz da "çox güclü" olduğunu bildirmişdi. Trump, "Bizim şirkətlərimiz onlarla rəqabət edə bilmirlər, çünki pulumuz çox dəyərlidir. Və bu bizi öldürür" – demişdi.
Trump-ın açıqlaması, ABŞ-da uzun müddətdir davam edən "güclü dollara dəstək" siyasətinin əksinə çevrilə biləcəyi fərziyyəsini gücləndirmişdir.
Mnuchin, "Güclənən dollar, dolların satınalma gücünü artır. Dolların digər valyutalara qarşı dəyər qazanması vəziyyətində, digər pul vahidləri ilə qiymətləndirilən aktivlər dollar ilə ifadədə daha ucuz hala gələcəkdir" şəklində fikir bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
21 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















