Dövlətin 2 775 manat qiymət qoyduğu Nissan Maxima 5050 manata satılıb
9 yanvar tarixində keçirilən Yeni ilin ilk hərracı da rəqabətli keçib.
Əmlak Məsələləri Dövlət Komitəsindən “Marja”ya daxil olmuş məlumata görə, Bakının Nərimanov rayonunda yerləşən sahəsi 50 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 15 min manat olduğu halda ən son 31 min 150 manat təklif edilib. Paytaxtın Nərimanov rayonunda yerləşən sahəsi 40 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 14 min manat olsa da 32 min manata sahibini tapıb.
Nəqliyyat vasitələrinin hərracında da rəqabət özünü göstərib. Belə ki, QAZ-3102 markalı avtomobilin ilkin start qiyməti 2 min manat olduğu halda ən son 3800 manata özəlləşdirilib. Bundan başqa 2006-ci il istehsalı olan Nissan Maximanın ilkin start qiyməti 2 min 775 manat olmasına baxmayaraq 5050 manata sahibini tapıb.
Qeyd edilməlidir ki, budəfəki hərracda ümumilikdə 21 dövlət əmlakı sahibini tapıb. Bunlardan 4-ü kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 2-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi özəlləşdirilib.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi müxtəlif iqtisadi sahələrdə əlverişlidir. Göyçay şəhərində yerləşən Təmir emalatxanası bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 660 kv.m-dən çox torpaq sahəsi isə 14 min 500 kv.m-ə yaxındır.
Bundan başqa Lerik rayonunda yerləşən Qosmalian süd qəbulu məntəqəsi də xidmət sahəsi üçün əlverişli obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 90 kv.m-ə yaxın, torpaq sahəsi isə 100 kv.m-dən çoxdur.
Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlbediciliyini yüksəltməklə daha çox investor marağını artırır.
Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxt ərazisindədir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 4-ü Nərimanovda, hər birində 3 olmaqla Səbail, Nəsimi və Suraxanı rayonunda, qalanları isə müvafiq olaraq Nizami, Xətai, rayonlarında yerləşir.
Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 18,6 kv.m olan Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 12 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti













.jpg)










