Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

1 trilyon dollarlıq ilk şirkət olmaq yarışı! - BU ŞİRKƏTLƏR ÖNDƏDİR

iç səhifə xəbər başlığı altı (mobil)_31
1 trilyon dollarlıq ilk şirkət olmaq yarışı! - BU ŞİRKƏTLƏR ÖNDƏDİR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ-ın "Apple" texnologiya şirkətinin kapitallaşması 884 mlrd. dollara çataraq 1 trln. dollarlıq şirkət olmağa ən real namizəd kimi göstərilir. "Apple"ın ən yaxın təqibçisi isə "Google"ın təsisçisi olan "Alphabet" şirkətidir.

 

Dünyanın ilk trilyonluq şirkəti olmaq üçün yarışanlar arasında bu iki şirkətdən başqa "Microsoft", "Amazon" və "Facebook" yer alır. Analitiklərə görə, texnologiya şirkətlərinin səhmlərinin qiyməti 2017-ci ildə olduğu kimi artmağa davam edərsə, 2018-ci ilin ilk rübündə bir neçə şirkətin kapitallaşması 1 trln. dollar həddini ötə bilər.

 

Xatırladaq ki, ikinci sırada yer alan "Alphabet"in kapitallaşması 729 mlrd. dollar, "Microsoft"un isə 664 mlrd. dollar təşkil edir. "Apple"ın 1 trln. dollar səviyyəsini ötməsi üçün səhmlərinin 15% bahalaşması kifayət edəcək. Qeyd edək ki, 2017-ci ildə "Apple"in səhmləri 47% bahalaşıb.

 

Bəzi analitiklər isə "Apple"dan öncə 566 mlrd. dollarlıq kapitallaşması ilə hazırda dördüncü sırada yer alan "Amazon"un 1 trln. dollar həddini aşacağını proqnozlaşdırırlar.

 

© Report

04.01.2018 10:33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18