“Bu il mənfəət vergisi az yığıla bilər”
Hüquqi şəxslərin mənfəət vergisi vergi daxilolmalarında təxminən 25%-lik payla əlavə dəyər vergisindən (ƏDV) sonra 2-ci yeri tutur. Halbuki, vaxtilə 35%-liok payla 1-ci yerdə idi.
Bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib.
“Ola bilər ki, bu ilin nəticələri üzrə göstərici daha da aşağı olsun (proqnoza görə 2,179 milyard manat yığılmalıdır). Səbəb nağdlaşdırma üzrə 1% dərəcəsi ilə tutulan sadələşdirilmiş vergidir” – deyə o, qeyd edib.
Hüquqşünasın sözlərinə görə, Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi deyil: “Deməli, hüquqi şəxs mənfəətinin bank hesabından nağd çıxarılan hissəsi üzrə 1%z sadələşdirilmiş vergi ödənilirsə, həmin məbləğ üzrə artıq 20% dərəcəli mənfəət vergisi ödənilməməlidir. Təbii ki, 19% vergi qənaəti məqsədi ilə istənilən hüquqi şəxs sözügedən addımı ata bilər və bu da tam qanuni olacaq, nəticədə dövlət büdcəsi xeyli gəlirdən məhrum ola bilər.
Məsələn, tutaq ki, hüquqi şəxsin 150 min manat mənfəəti var. O, adi qaydada 30 min manat (20%) mənfəət vergisi ödəməlidir. Amma 100 min manat nağdlaşdırılıb və buna görə 1% dərəcəsi ilə 1 000 manat sadələşdirilmiş vergi ödənilib. Deməli, həmin 100 min manat üzrə mənfəət vergisi ödənilməyəcək, yalnız 50 min manat üzrə 10 min manat ödəniləcək. Nəticədə dövlət büdcəsi 30 min manat əvəzinə cəmi 11 min manat qazanmış olacaq. Təbii ki, hüquqi şəxs mənfəətinin hamısını da nağdlaşdıra bilər və bu halda mənfəət vergisi heç ödənilməyəcək. Gətirdiyim misal üzrə 150 min manatın hamısı nağdlaşdırılsa, cəmi 1 500 manat sadələşdirilmiş vergi ödəniləcək. Başqa sözlə, büdcə 30 min manat əvəzinə cəmi 1 500 manat qazanmış olacaq. Bütün bunlar nağdlaşdırma üzrə 1% dərəcəsi ilə tutulan sadələşdirilmiş verginin hüquqi qanunsuzluğu və məntiqi absurdluğu ilə yanaşı, iqtisadi cəhətdən nə qədər əsassız və zərərli olduğunu bir daha göstərir. Bu barədə dəfələrlə fikrimi bildirmişəm və növbəti ildə də həmin verginin qanunsuz elan edilməsi üzrə mübarizəni davam etdirəcəyəm”.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























