Sığortasız əmanətlər ilə bağlı 3 təklif verildi
“Dəmirbankda” kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur.
Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir. Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər.
Ötən il müflis olan 11 bankda da yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan əmanətlər Fond tərəfindən tam olaraq geri qaytarılır.
İqtisadçı Vüqar Bayramov bildirib ki, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var:
"Əvvəlla, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır. Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir.
İkincisi, bank mencerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək onu xərcləyən banklar müfıis olmaqla, yumşaq desək, “məsələni bağlayırlar”. Halbuki, bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli onların qaytarılmasına da məsul olmalıdır.
Üçücünsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullar ilə verilmiş kredit geri qaytarılır. Deməli, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir.
Nəhayət, mediada və eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra vətəndaşlarımızın sadəcə bir bankda 28.3 milyon manat qorunmayan əmanət saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən ötrü pulu riskə atmaq heç zaman başa düşülən deyil".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























